18 Dekabr 2025 08:25
328
CƏMİYYƏT
A- A+
Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir


Azərbaycan müstəqillik illərində demokratik, hüquqi və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmış, bu siyasət real nəticələr vermişdir. Bu gün ölkədə insanların konstitusion hüquq və azadlıqlarından sərbəst şəkildə istifadə etmələri üçün zəruri hüquqi və institusional baza formalaşdırılıb. Vətəndaşların hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib və bu istiqamətdə həyata keçirilən tədbirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müsbət qiymətləndirilir.

Humanizm prinsiplərinə söykənən əfv fərmanları və amnistiya aktları bu siyasətin mühüm tərkib hissəsidir. On minlərlə vətəndaşı əhatə edən bu qərarlar dövlətin cəmiyyətə humanist yanaşmasının bariz nümunəsi olmaqla yanaşı, beynəlxalq birlik tərəfindən də Azərbaycanın demokratik inkişaf yolunda atdığı əhəmiyyətli addımlar kimi dəyərləndirilir. Bu yanaşma cəmiyyətdə sosial ədalətin, barışın və dövlətə inamın möhkəmlənməsinə xidmət edir.

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr insan hüquq və azadlıqlarının müdafiəsi baxımından əsaslı dönüş mərhələsi olmuşdur. Məhz həmin illərdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulmuş, insan hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, dövrün tələblərinə cavab verən çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycanın insan hüquq və azadlıqlarının, demokratik institutların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara və sazişlərə qoşulması ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərini gücləndirmişdir. Xüsusilə 2000-2003-cü illərdə ratifikasiya edilən, işgəncələrin qarşısının alınması, insan hüquqlarının müdafiəsi, ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı konvensiyalar hüquqi sistemin təkmilləşdirilməsində mühüm rol oynamışdır. Humanist dövlət siyasətinin ən mühüm göstəricilərindən biri də 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi olmuşdur. Bu qərar insan həyatına verilən ali dəyərin və hüquqi dövlət prinsipinin təntənəsi kimi tarixə düşmüşdür. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində 1995-ci ildən etibarən əfv və amnistiya institutları bərpa edilmiş, qəbul edilən sərəncam və fərmanlar əsasında minlərlə insan azadlığa qovuşmuşdur. Bütün bunlar göstərir ki, Azərbaycanda humanizm, demokratiya və hüququn aliliyi prinsipləri dövlət siyasətinin əsasını təşkil edir. Bu xətt bu gün də ardıcıl şəkildə davam etdirilir və ölkənin müasir, güclü və vətəndaş mərkəzli dövlət kimi inkişafına mühüm töhfə verir.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə söykənən siyasətini ardıcıl şəkildə davam etdirərək "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Bu addım dövlətin vətəndaşa yönəlik siyasətinin, sosial ədalətə və insanpərvərliyə verdiyi önəmin növbəti bariz nümunəsi kimi qiymətləndirilir. Təqdim olunan amnistiya aktının layihəsi geniş sosial əhatəyə malikdir və xüsusilə dövlətçilik maraqları naminə fədakarlıq göstərmiş şəxsləri diqqət mərkəzinə alır. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər də amnistiyanın əhatə dairəsinə daxil edilir. Bununla yanaşı, amnistiya təşəbbüsü sosial həssas qruplara xüsusi diqqətin göstərildiyini ortaya qoyur. Qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər müəyyən kateqoriyalara aid şəxslərin cəzadan azad edilməsi və ya cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur. Eyni zamanda böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərin də cəzadan azad olunması və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması planlaşdırılır. 

Ölkə rəhbəri tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan amnistiya aktı miqyası və əhatə dairəsinə görə ölkə tarixində ən geniş amnistiya təşəbbüslərindən biri kimi qiymətləndirilir. Proqnozlara əsasən, bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad olunacaq məhkumların sayına görə indiyədək qəbul edilmiş amnistiyalar arasında ən böyüyü ola bilər. Gözləntilərə görə, amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. Onlardan 5 mindən artıq məhkumun birbaşa azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, bu cəzaya məhkum olunmuş 3 mindən çox şəxsin isə cəza müddətinin azaldılacağı ehtimal olunur. Eyni zamanda 7 mindən artıq məhkumun azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcəyi, 4 minə yaxın şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad olunacağı bildirilir. Bundan əlavə, mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu rəqəmlər amnistiya təşəbbüsünün yalnız hüquqi deyil, həm də güclü sosial və humanitar məzmun daşıdığını göstərir. Sözügedən addım bir tərəfdən cəza siyasətində humanist yanaşmanı ön plana çıxarır, digər tərəfdən isə cəmiyyətə reinteqrasiya imkanlarının genişləndirilməsinə xidmət edir. Dövlətin bu qərarı sosial ədalətin təmin olunmasına, ailələrin birləşməsinə və cəmiyyətdə etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

K.Bayramov vurğulayıb ki, bu təşəbbüs həm qanunvericilik sahəsində mühüm addım, həm də dövlətin cəmiyyətə humanist və ədalətli münasibətinin aydın ifadəsi kimi dəyərləndirilir. Amnistiya təşəbbüsünün əsas məqsədi hüquqi sistemdə humanist yanaşmanı gücləndirmək, cəmiyyətin müxtəlif təbəqələri arasında barış və qarşılıqlı etimadı möhkəmləndirməkdir. Belə təşəbbüslər qanunvericilikdə çevik, ədalətli və insanpərvər yanaşmanın formalaşdığını göstərməklə yanaşı, cəmiyyətin hüquq sisteminə inamını da artırır.

K.Bayramov əlavə edib ki, Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yoluna nəzər saldıqda, siyasi sistemin ardıcıl şəkildə təkmilləşdirildiyi, qabaqcıl dünya təcrübəsinin öyrənilərək milli xüsusiyyətlərə uyğun tətbiq edildiyi aydın görünür. Bu yanaşma dövlətimizin sivil və hüquqi dəyərlərə sadiqliyinin yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut olunduğunu təsdiqləyir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, vətəndaş cəmiyyətinin qurulması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi və hüquqi dövlətin formalaşdırılması sadəcə şüar və ya niyyət deyil. Bu, Azərbaycanın davamlı və hərtərəfli inkişafı üçün strateji əhəmiyyət daşıyan əsas şərtdir. Məhz bu baxımdan humanizmə əsaslanan amnistiya təşəbbüsü dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi çıxış edir və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!