18 Dekabr 2025 08:55
189
CƏMİYYƏT
A- A+
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir


Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan "Hüquqşünaslıq" ixtisasına 500, I qrupdan "İnformasiya təhlükəsizliyi" ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 

Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı  "Hüquqşünaslıq" və ya "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunurlar, akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar. Məzunlara "Hüquqşünaslıq və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə DİO-da müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrələrinə və akademiyanın 88-80 qaynar xəttinə zəng edə, yaxud nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

Elektron siqaret infarkt riskini artıra bilər  

15:11
18 Dekabr

Oman Sultanlığı Azərbaycanla kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir  

15:09
18 Dekabr

Yağış yağanda…- FOTOREPORTAJ  

14:56
18 Dekabr

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb  

14:41
18 Dekabr

Azərbaycanın sədrliyi ilə AQEM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasları keçirilib  

14:37
18 Dekabr

Zilanlıda tikinti işlərinin 80 faizi başa çatıb - kənd yenidən qurulur

14:31
18 Dekabr

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

14:25
18 Dekabr

Donald Tramp: Mən nizamsızlığa varis oldum və onu düzəldirəm  

14:18
18 Dekabr

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb  

14:01
18 Dekabr

Fransada fermerlərin narazılığı artır  

13:58
18 Dekabr

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  

13:56
18 Dekabr

Azərbaycan və ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:43
18 Dekabr

Humanizmə əsaslanan dövlət siyasəti və amnistiya ənənələri

13:28
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!