24 Aprel 2026 17:53
178
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Tərtib edilmiş qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 24-də Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan öncə nazir Məcnun Məmmədov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, damazlıq heyvanlara güzəştin tətbiq edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəbəllüttariq körfəzində 124 batmış gəmi tapılıb

19:56
24 Aprel

Floridada meşə yanğınları

19:42
24 Aprel

Avstraliya və Vyetnam enerji təhlükəsizliyi üçün güclərini birləşdirir

19:31
24 Aprel

Elm dünyasında ilk: Qara dəliyin partlayış sürəti ölçülüb  

19:26
24 Aprel

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

17:31
24 Aprel

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini bir daha azaldıb

17:21
24 Aprel

Azərbaycanda keçiriləcək WUF13-ün prioritetləri Avropa İqtisadi Konqresində təqdim olunub  

17:14
24 Aprel

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  

17:08
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!