24 Aprel 2026 22:48
210
CƏMİYYƏT
A- A+
Mingəçevirdə psixologiya üzrə genişmiqyaslı elmi konfrans keçirilir

Mingəçevirdə psixologiya üzrə genişmiqyaslı elmi konfrans keçirilir


 Aprelin 24-də Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” konfransı öz işinə başlayıb. Mingəçevirdə Heydər Əliyev Mərkəzində keçirilən tədbir regionda psixologiya elminin müxtəlif istiqamətlərini bir araya gətirən ilk genişmiqyaslı elmi platforma kimi əhəmiyyət daşıyır.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov regionlarda elmi konfransların keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, psixoloji rifahın gücləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafı baxımından psixologiya elminin rolu getdikcə artır. O, qeyd edib ki, bu kimi platformalar elmi biliklərin praktik tətbiqinə və ictimai maarifləndirməyə mühüm töhfə verir.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın təşkilini universitetin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlıqların gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. O bildirib ki, konfransa 27 müəssisə və təşkilatdan ümumilikdə 265 elmi məqalə təqdim olunub. 

Elmi platformanın psixologiya üzrə yeni tədqiqat istiqamətlərinin formalaşmasındakı rolunu vurğulayan rektor, konfransın təşkilinə verdiyi yüksək dəstəyə görə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova xüsusi minnətdarlığını ifadə edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək qeyd edib ki, bu cür konfranslar ali təhsil müəssisələri arasında elmi dialoqun inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və birgə tədqiqatların formalaşmasına mühüm töhfə verir. O, psixologiyanın müasir dövrün aktual çağırışlarına cavab verən aparıcı elmi sahələrdən biri olduğunu vurğulayıb və tədbirin yüksək səviyyədə təşkilini təqdir edib.

Narınc Psixologiya Mərkəzinin təsisçisi, klinik psixoloq Narınc Rüstəmova isə çıxışında psixologiya elminin müasir cəmiyyət üçün artan əhəmiyyətindən danışaraq, multidisiplinar yanaşmanın real problemlərin həllində daha effektiv nəticələr verdiyini qeyd edib.

Tədbirdə Türkiyənin Bahçeşehir Universitetinin prorektoru professor doktor Tunç Bozbura və Özbəkistanın Səmərqənd Dövlət Universitetinin prorektoru doktor Akmal Akhatovun videotəbrikləri nümayiş olunub. Çıxışlarda konfransın beynəlxalq elmi əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb və təşkilatçılara uğurlar arzulanıb.

Tədbirin bədii hissəsində universitetin müəllim və tələbələrinin ifasında milli musiqi nümunələri və vətənpərvərlik ruhlu kompozisiyalar təqdim olunub. Bu çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Konfrans proqramına uyğun olaraq “Ailə münasibətlərində dəyişən rollar və nəticələr” mövzusunda panel müzakirələr təşkil olunub. Müzakirələrdə ailə institutunun psixoloji transformasiyası, ailənin inkişaf mərhələlərində baş verən dəyişikliklər, qloballaşan cəmiyyətin ailə strukturlarına təsiri və evlilik münasibətlərində davranışların qavranılması kimi aktual mövzular üzrə elmi yanaşmalar təqdim edilib.

Konfrans çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Klinik Psixologiya şöbəsinin müdir müavini, uzman klinik psixoloq Narınc Rüstəmova tərəfindən “Dərmansız yanaşma: depressiya və təşvişdə neyropsixoloji əsaslı neyrotənzimləmə” mövzusunda workshop keçirilib.

Konfrans işini sabah davam etdirəcək; müxtəlif elmi istiqamətlər üzrə məruzələr dinləniləcək və müzakirələr aparılacaq. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mingəçevirdə psixologiya üzrə genişmiqyaslı elmi konfrans keçirilir

22:48
24 Aprel

Bakı Təşəbbüs Qrupu Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib  

20:48
24 Aprel

MDB-də vahid statistik birliyin formalaşdırılması üzrə layihənin icrası müzakirə olunub  

20:37
24 Aprel

Ən yaxşı snayperçilər müəyyənləşib

20:23
24 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

20:03
24 Aprel

Cəbəllüttariq körfəzində 124 batmış gəmi tapılıb

19:56
24 Aprel

Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub  

19:43
24 Aprel

İsveçrədə Azərbaycanın biznes və investisiya potensialı tanıdılıb

19:42
24 Aprel

Floridada meşə yanğınları

19:42
24 Aprel

Avstraliya və Vyetnam enerji təhlükəsizliyi üçün güclərini birləşdirir

19:31
24 Aprel

Elm dünyasında ilk: Qara dəliyin partlayış sürəti ölçülüb  

19:26
24 Aprel

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!