07 İyul 2026 14:58
392
İQTİSADİYYAT
A- A+
Türk dövlətlərinin ticarət dövriyyəsi 326 milyard dolları ötüb

Türk dövlətlərinin ticarət dövriyyəsi 326 milyard dolları ötüb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın cari ilin ilk rübünə dair buraxılışı nəşr edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda ilin birinci rübü üzrə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

Türk dövlətləri 673 milyard 557,5 milyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,34 faizlik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 10,1 faiz, 8,7 faiz, 8,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-də iqtisadi artım 6,3 faiz, Qazaxıstanda 3 faiz olub. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 2,5 faiz iqtisadi böyüməyə nail olub. Macarıstanda ÜDM-in artım tempi 1,7 faiz, Azərbaycanda 0,3 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. İlin ilk rübündə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 milyard 11,55 milyon dollar təşkil edib ki, bu da 8,75 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,73 faizinə bərabərdir.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 155 milyard 122 milyon dollar ilə liderlik edir. Macarıstan, Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 87 milyard 445 milyon dollar, 32 milyard 908 milyon dollar və 18 milyard 23 milyon dollar ilə ticarət həyata keçirib. Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Qırğızıstan, ŞKTR və Özbəkistan müvafiq olaraq 14 faiz, 9,2 faiz və 8 faiz artımla liderlik edib. Bununla yanaşı, Türkmənistanda sənaye sektoru 2,4 faiz inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 1,1 faiz artıb. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda ŞKTR 7,9 faiz ilə ən güclü artım nümayiş etdirib. Özbəkistan kənd təsərrüfatında 5,1 faiz, Qazaxıstan 3,4 faiz, Qırğızıstan 2,8 faiz, Türkiyə müvafiq olaraq 2,7 faiz artım əldə edib.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. Birinci rübdə Özbəkistan və Qırğızıstan sabit kapital investisiyalarında müvafiq olaraq 29,6 faiz və 25,5 faiz artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Azərbaycan və Macarıstan da müvafiq olaraq 14,9 faiz və 12,2 faiz sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 23 faiz, Özbəkistanda 19,6 faiz, Qazaxıstanda 11 faiz, Türkiyədə 7,4 faiz, Macarıstanda 6,8 faiz və Azərbaycanda 5,7 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. ŞKTR bank sektoru isə daha mülayim (5,04 faiz) artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 48,8 faiz, dövlət büdcəsi xərclərində isə 42,3 faiz olmaqla ən yüksək artım qeydə alınıb. Türkiyə də dövlət büdcəsi gəlirlərində 44,4 faiz, dövlət büdcəsi xərclərində isə 45,5 faiz olmaqla yüksək artımı qeydə alınıb. Özbəkistanda isə dövlət büdcəsi gəlirlərində 35 faiz, dövlət büdcəsi xərclərində isə 24,1 faiz olmaqla yüksək artımı qeydə alınıb. ŞKTR, Qazaxıstan, Macarıstan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.

“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!