12 Sentyabr 2024 15:59
257
DÜNYA
A- A+
Tədqiqatçılar Ayda aktiv vulkanların olduğunu düşünülürlər

Tədqiqatçılar Ayda aktiv vulkanların olduğunu düşünülürlər

 

 “Chang'e 5” missiyası çərçivəsində Aydan Yerə gətirilən nümunələri araşdıran Çin tədqiqatçıları Ayda hələ də aktiv vulkanların olduğunu düşünürlər. İndiyədək Aydakı vulkanik fəaliyyətin ən son 3-3.8 milyard il əvvələ aid olduğu düşünülürdü. “Chang'e 5”in gətirdiyi dəlillər isə Ayın vulkanik fəaliyyətinin təxminən 123 milyon il əvvəl yaşandığını ortaya qoydu. Bu yeni kəşf Çin Elmlər Akademiyasından Bi-Uien Uang və Qian Zhanqın rəhbərlik etdiyi qrup tərəfindən ətraflı təhlil nəticəsində aşkar edilib.

Kosmik miqyasda 123 milyon il əvvəlki proseslər demək olar ki, dünən baş vermiş bir hadisə kimi qiymətləndirilir. Bu, Ayın yarandığı gündən bəri davamlı olaraq vulkanik aktivliyə malik ola biləcəyini və bu fəaliyyətin bu gün də davam edə biləcəyini göstərir. Bu kəşf, Ayın tamamilə “ölü” göy cismi olmadığına dair güclü ipucu verir.

“Chang'e 5” tərəfindən toplanan 1.7 qram Ay torpağında tapılan yalnız 3 kiçik şüşə muncuq bu vulkanik fəaliyyətlərin ən konkret sübutu kimi diqqəti cəlb edir. Ölçüsü 20-400 mikron arasında olan bu muncuqlar, vulkanik lava fontanları nəticəsində əmələ gəlmiş ola bilər. Belə muncuqlar əvvəllər də Ayda tapılıb, lakin onların hamısının tarixi milyardlarla il əvvələ təsadüf edib. Şüşə muncuqlar və ya dənəciklər deyə biləcəyimiz bu parçalar, meteorit zərbəsi nəticəsində də əmələ gələ bilər. Tədqiqatçılar yeni tapıntıların vulkanizmə aid olduğunu bildirirlər.

Ay 4.5 milyard il əvvəl meydana gəldiyindən onun daxili quruluşu soyumalı və vulkanik fəaliyyətlər sona çatmalı idi. Lakin bu vulkanik şüşə muncuqlar Ayın hələ də yerli istilik mənbələrinə malik ola biləcəyini göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, bu şüşə muncuqlarda yüksək miqdarda nadir torpaq elementləri və torium var. Bu elementlər, radioaktiv parçalanma vasitəsilə istilik yarada bilər ki, bu da Ayın mantiyasında lokallaşdırılmış qayaların əriməsinin kiçik vulkan püskürmələrinə səbəb ola biləcəyini göstərir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maykl Jordanın əşyaları hərraca çıxarılır  

13:11
12 Oktyabr

Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir  

13:03
12 Oktyabr

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

12:44
12 Oktyabr

Şimali Koreyadan Rusiyaya əsgər göndərilir

12:25
12 Oktyabr

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

12:22
12 Oktyabr

Tramp o şəxslərə ölüm cəzası istədi

12:13
12 Oktyabr

Süni zəka modelləri Yerə ciddi zərər vura bilər

11:40
12 Oktyabr

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

11:38
12 Oktyabr

ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun

11:24
12 Oktyabr

“Whatsapp”ın yeni funksiyası

11:11
12 Oktyabr

Azərbaycan neftinin bahalaşması davam edir

11:09
12 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

11:06
12 Oktyabr

“Boeing” işçilərini ixtisar edir

11:01
12 Oktyabr

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

10:57
12 Oktyabr

Ötən gün 48 cinayətin üstü açılıb

10:39
12 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:34
12 Oktyabr

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

09:47
12 Oktyabr

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur

09:36
12 Oktyabr

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib

09:34
12 Oktyabr

Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib

09:25
12 Oktyabr

AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

09:23
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!