Təbəssümlə, şirin sözlə onları xoşbəxt etmək olar
Bu günün qeyd olunması 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil edilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb. 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı da həmin tədbirdə verilib. O vaxtdan hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi dünyanın əksər ölkələrində qeyd edilir.
Bu əlamətdar gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir Azərbaycanda da geniş qeyd olunur. Respublikamızda indiyədək uşaqların müdafiəsi, onlara qayğı göstərilməsi məqsədilə çox işlər görülüb. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar qanunvericilik bazası formalaşıb. Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. 1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul olunub.
Uşaqlara həsr olunan əlamətdar günlər
İlk dəfə 1924-cü ildə uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul olunub. Bəyənnamədə qeyd edilib: "...bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnamənin qəbul olunmasında ilk işlər Eqlantine Gebb tərəfindən həyata keçirilib.
Eqlantine Gebb özü Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olub. Elə müharibənin dəhşətlərindən sarsıntıları ona uşaqların xüsusi müdafiəyə nə qədər böyük ehtiyac duyduqlarını anladıb. 1919-cu ildə bacısı Doroti Bakstonun köməyi ilə uşaqlara yardım göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara yardım fondunun əsasını qoyub.
Uşaqlar yalnız müharibənin qurbanı olmurlar. BMT uşaqlara qarşı altı ən geniş yayılmış hüquq pozuntularını qeyd edib: "Uşaqların yığılması və hərbi əməliyyatlarda istifadə edilməsi; qətl; cinsi zorakılıq; oğurlanması; məktəblərə və xəstəxanalara hücum; uşaqlara humanitar yardım edilməsindən imtina".
BMT Baş Assambleyası tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə yanaşı, onlara həsr olunmuş başqa bir bayram da keçirilir. Belə ki, hər il noyabrın 20-də Ümumdünya Uşaqlar Günü qeyd edilir. Ümumdünya Uşaqlar Günü BMT-nin Baş Assambleyasının 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə edilən bayramdır.
1959-cu ilin 20 noyabrında BMT tərəfindən "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib.
Bu nüfuzlu beynəlxalq təşkilatın - BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən yaradılan Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır.
Məlumata görə, 1989-cu ildən etibarən BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul olunub.
Hər il iyun ayının 4-ü isə Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd olunur. Həmin gün dünyanın müharibə adlı bəlasının günahsız qurbanlarının xatirəsi yad edilir. 1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası Fələstin məsələsi üzrə xüsusi sessiyasında aqressiya və təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsini iyunun 4-ü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd etməyi qərara alıb. Bu günü təsis etməklə BMT diqqətə çatdırıb ki, müharibələrdə uşaqlar da həlak olurlar. 4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Gününün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir.
Uşaqların bayram sevinci
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Azərbaycanda uşaqlar böyük sevinc və fərəh hissi ilə bayram edirlər. Uşaq bağçalarında, məktəblərdə bu münasibətlə hər il xüsusi proqramlar hazırlanır.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci ildə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi yaşamaq, təhsil almaq, inkişaf etmək, tərbiyə almaq və digər hüquqları təsbit edilib.
Azərbaycan dövləti gələcəyimiz olan uşaqlara qayğı ilə yanaşır. Prezident İlham Əliyevin ardıcıl səyləri ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi diqqət göstərilir. Dövlət başcısı uşaq dövlət siyasətilə bağlı indiyədək silsilə fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Prezidenti 2009-cu ili "Uşaq ili" elan etmişdir.
Son illərdə ölkəmizin paytaxtında və rayonlarda müasir standartlara cavab verən körpələr evi-uşaq bağçaları, məktəblər tikilib istifadəyə verilib. Bu mühüm işlərdə dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində, o cümlədən Bakı şəhərində minlərlə yeni, müasir uşaq bağçaları, məktəblər tikilərək uşaqların istifadəsinə verilib.
Heydər Əliyev Fondu uşaqların istedadının üzə çıxarılması istiqamətində də təqdirəlayiq işlər həyata keçirir. Fondun dəstəyi ilə uşaqlar arasında musiqi müsabiqələrinin keçirilməsi bu işlərdən biridir.
Dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar da unudulmur. Onlara diqqət və qayğı müstəqillik illərində daha da gücləndirilib. Prezident İlham Əliyevin imzaladığı "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara və reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara xüsusi qayğının nümunəsidir.
Bu gün - iyunun 1-də bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edildiyi bir vaxtda Azərbaycan xalqını çox sevindirən, qürurlandıran bir məqam da var. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində otuz ilə yaxın davam edən Ermənistanın işğalına son qoyulan Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə dövlətimiz tərəfindən geniş və sürətli tikinti, bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan qurtulmuş yurd yerlərimizdə artıq həyat canlanmağa başlayıb. Yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin, Laçın şəhərinin sakinləri uzun illər həsrət qaldıqları ata-baba yurduna köçüblər. Sakinlər arasında o yerləri ilk dəfə görən uşaqlar da var. Onların sevinc dolu səsləri, gülüşləri ilə Vətən torpaqları da sevinir, canlanır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!