16 Iyul 2024 14:25
93
DÜNYA
A- A+

Sosial sorğu: Fransızlar Olimpiya Oyunları zamanı mümkün təhlükədən narahatdırlar

 

Ölkədə hökm sürən narahatlıq və qeyri-müəyyənlik mühitində fransızlar “Paris-2024” Yay Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin edilməsindən çox narahatdırlar. Fiducial/Odoxa mərkəzinin “Fransızların təhlükəsizliyi” adlı sorğusunun nəticələrinə əsasən, əhalinin 68 faizi yarış zamanı turistik məkanlarda və ictimai nəqliyyatda təhlükədən qorxduqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Parisdə polis patrullarının sayının artmasına baxmayaraq, fransızların 65 faizi, xüsusən azarkeş zonaları və stadionlardakı təhlükəsizlikdən əmin olmadıqlarını deyiblər. Narahatlıqlar davamlı terror təhlükəsi ilə daha da güclənir. Respondentlərin 92 faizi cibgirlikdən, 88 faizi oğurluqdan və 60 faizi cinsi zorakılıqdan qorxur. 45 min polis və jandarmın iştirak etdiyi təhlükəsizlik sisteminə baxmayaraq, əvvəlcə yaxşı qarşılanan açılış mərasimi ilə bağlı tədbirlər əhalinin yalnız 49 faizini razı salıb.

İddia olunur ki, potensial təhlükə ilə üzləşdikdə Sena çayında nəzərdə tutulan parada alternativ ssenari, məsələn, “Trosadero” meydanı ilə “Steyd de Frans” stadionu arasında məhdudlaşan yürüş nəzərdən keçirilə bilər. Fransızların 70 faizi bunu qəbul edir. Əksəriyyət təhlükəsizlik problemlərinin Paris və Fransanın beynəlxalq aləmdə imicinə xələl gətirəcəyindən qorxur.

Fransızlar hər bir ölkənin öz nümayəndə heyətinin təhlükəsizliyini təmin etməsinin tərəfdarıdır. Onlar hətta xarici təhlükəsizlik nümayəndələrinin müdaxiləsini təsdiqləyirlər. Kifayət qədər ixtisaslı agentlərin işə götürülməsinə dair şübhələrin olmasına baxmayaraq, özəl təhlükəsizliklə bağlı daha müsbət rəy bildirilib. Respondentlərin 78 faizi hesab edir ki, boşluqları doldurmaq üçün ordu və ya ehtiyatda olan hərbçiləri çağırmaq lazım gələcək.

Ümumilikdə, fransızların 64 faizi ölkədə təhlükəsizliyi zəif hesab edir və demək olar ki, yarısı Olimpiya Oyunları zamanı yay festivalları kimi digər tədbirlərin də hədəf alınacağından qorxur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video