16 Iyul 2024 15:03
138
DÜNYA
A- A+

Aİ ölkələri Əfqanıstanda səfirliklərini yenidən aça bilər

 

Bir sıra Avropa ölkələri Əfqanıstanda səfirliklərini yenidən açmağı nəzərdən keçirir. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirildiyinə görə, Brüssel rəsmiləri qadınların hüquqlarını qorumaq və digər məsələlərlə bağlı Əfqanıstanda diplomatik nümayəndəliklərin açılmasının zəruriliyini qəbul etməyə başlayıblar. Agentlik xatırladıb ki, hazırda Əfqanıstanda yalnız Avropa İttifaqının (Aİ) nümayəndəliyi fəaliyyət göstərir. Bəzi Avropa ölkələri isə “Taliban” hakimiyyətə gəldikdən sonra öz səfirliklərini bağlayıb.
Məlumata görə, xüsusən də İtaliya Əfqanıstandakı səfirliyini yenidən açmağı düşünür. İtaliyanın xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, ölkənin Qətərdəki səfiri bu yaxınlarda Kabilə səfər edib: “Biz bunun üzərində işləyirik. Problemi həll etmək çox vaxt aparacaq”.
Bildirilib ki, İspaniya da oxşar yanaşmadan istifadə edir. Madrid səfiri mümkün qədər tez Kabilə qaytarmağı planlaşdırır. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “Bloomberg”ə müsahibəsində vurğulayıb ki, təhlükəsizlik sahəsində minimum şərtlər yerinə yetirilən kimi səfiri geri qaytaracaqlar: "Biz bir ay əvvəl hazır idik, amma təəssüf ki, o zaman İŞİD terrorçuları Əfqanıstanda 3 ispanı öldürdülər".
Eyni zamanda, Fransa, Böyük Britaniya və Almaniya rəsmiləri yaxın vaxtlarda Kabildə nümayəndəliklər açmağı planlaşdırmadıqlarını bildiriblər.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video