16 Iyul 2024 15:01
122
DÜNYA
A- A+

Dəniz məhsullarında xeyli şüşə lifi aşkar edilib

 

Brayton və Portsmut Universitetlərinin mütəxəssisləri İngiltərənin cənubunda yerləşən Çiçester adlı körfəzdə fəaliyyətdə olan verfdən (gəmilərin tikintisi və ya təmiri üçün olan müəssisə) stridiya və midyələri yığıblar. Yığılmış stridiya və midyələrin analizi nəticəsində alimlər onların qida üçün nəzərdə tutulmuş yumşaq toxumalarında çoxlu miqdarda şüşə lifi aşkar ediblər. Bu süni material, həmçinin plastik şüşə kimi də tanınır. Aparılmış araşdırmaya əsasən, 1 kq stridiya özündə 11 220 ədəd şüşə lifi hissəciyi, 1 kq midyə isə özündə 2 740 ədəd şüşə lifi hissəciyi birləşdirir. Mütəxəssislər tərəfindən aparılmış bu araşdırma dəniz ekosisteminin şüşə lifi ilə çirklənməsi halını göstərir. Bu araşdırma, həmçinin ətraf mühitdə nə qədər gizli təhlükənin olduğunu ortaya qoyur. Şüşə lifi gücləndirilmiş plastik materialdır və o, çox nazik şüşə liflərindən təşkil edilib. Bu material dözümlü və yüngül olması ilə seçilir. O, 1960-cı illərdən başlayaraq qayıqların istehsalında istifadə edilir.

Məlumatda qeyd edilib ki, ətraf mühitin şüşə lifi hissəcikləri ilə çirklənməsinin pik vaxtı məhz qış fəslinə təsadüf edir. Belə ki, yelkən idman növünün həvəskarları məhz qış fəslində daha aktiv olurlar. Kiçik ölçülü şüşə lifi hissəcikləri suya daxil olandan sonra onlar stridiya və midyələr də daxil olmaqla müxtəlif molyusklar tərəfindən udulur. Mütəxəssislər hələ tam əmin olmasalar da güman edirlər ki, şüşə lifi hissəcikləri molyuskların səhhətlərinə təsir göstərir və hətta onların ölümlərinə də səbəb ola bilərlər. Növbəti araşdırmalarda mütəxəssislər bu kiçik hissəciklərin molyuskların və insanların orqanizmlərinə necə təsir göstərdiklərini araşdıracaqlar. Mütəxəssislər bildiriblər ki, bu problem yaxın gələcəkdə qlobal miqyas alacaq və bir çox ölkələrdə müşahidə ediləcək.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video