16 Sentyabr 2026 09:30
169
İQTİSADİYYAT
A- A+
Şəmkirdə balıqçılıq inkişaf etdirilir

Şəmkirdə balıqçılıq inkişaf etdirilir


"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində Şəmkir rayonunda da müvafiq tədbirlər həyata keçirilir. 

Rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması, yeni istehsal sahələrinin yaradılması və aqrar sektorda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görülür. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması məqsədilə təsərrüfat sahibləri ilə mütəmadi görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilməklə mövcud problemlərin vaxtında aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Məlum olduğu kimi, dövlət proqramında balıqçılığın inkişaf etdirilməsinə də  diqqətlə yanaşılması qeyd edilmişdir. Bunu nəzərə alan rayon icra hakimiyyətinin nümayəndələri tez-tez balıqçılıqla məşğul olan təsərrüfatlara gedir, mövcud vəziyyətlə yaxından tanış olur. Elə bu günlərdə görülən işlərin genişləndirilməsi və rayonda balıqçılığın inkişaf etdirilməsi məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Qapanlı kəndində yerləşən balıqçılıq təsərrüfatında olmuşdur. İcra başçısına təsərrüfatın fəaliyyəti, burada həyata keçirilən işlər, balıq yetişdirilməsi prosesi və istehsal imkanları barədə ətraflı məlumat verilmişdir. Təsərrüfatın rəhbəri Müsbət Həsənov bildirmişdir ki, burada əsasən sazan və belamur balıqları yetişdirilir. Balıq körpələri Suqovuşan və Bərdədən əldə olunur və iki su hövzəsində ildə 8-10 ton balıq istehsal edilir. Yem bazasının müəyyən hissəsi daxili imkanlar hesabına formalaşdırılır. Belə ki, təxminən 10 hektar sahədə yonca yetişdirilir və həmin yonca balıqlar üçün yem hazırlanmasında istifadə olunur. Bununla yanaşı, taxıl və digər ənənəvi yem komponentlərindən də yararlanılır.

Təsərrüfata baxış zamanı o da məlum olmuşdur ki, burada balıqçılığın ənənəvi istiqamətləri ilə yanaşı, nərəkimilərin yetişdirilməsinə də başlanılmışdır. Artıq iki ilə yaxındır bu istiqamətdə iş aparılır və ərazidə quraşdırılmış 4 hovuzda ümumilikdə 2000 ədəd nərə balığı körpəsi yetişdirilir.

Söhbət zamanı qeyd edilmişdir ki, dövlət proqramı kənd təsərrüfatı ilə yanaşı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün də geniş imkanlar açmışdır. Vurğulanmışdır ki, Şəmkirin mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə bu sahədə fəaliyyət göstərən  təsərrüfatların genişləndirilməsi rayonun aqrar inkişafına mühüm töhfələr verə bilər.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

10:20
16 Sentyabr

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!