15 Sentyabr 2026 18:11
1003
İQTİSADİYYAT
A- A+
BMT-dən azərbaycanlı ekspertə etimad

BMT-dən azərbaycanlı ekspertə etimad


Azərbaycanın beynəlxalq vergi sahəsində ekspert potensialına daha bir mühüm beynəlxalq etimad göstərilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Ceyhun İsmayılov BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Ekspertlər Komitəsinin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu seçim Azərbaycanın beynəlxalq vergitutma və transfer qiymətləri sahəsində formalaşmış peşəkar potensialının göstəricisidir. BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsi xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alaraq, bu sahədə praktiki yanaşmaların və beynəlxalq metodologiyanın hazırlanmasına töhfə verir. Subkomitənin əsas fəaliyyət istiqamətlərindən biri inkişaf etməkdə olan ölkələr üçün transfer qiymətləri üzrə praktiki təlimatların yenilənməsidir.

Ceyhun İsmayılov beynəlxalq vergi sahəsində artıq tanınmış ekspertlər sırasında yer alır. O, eyni zamanda OECD/G20-nin BEPS üzrə Əhatəli Çərçivəsinin 25 nəfərlik ekspert qrupunun üzvüdür. 148 ölkənin təmsil olunduğu bu qrup beynəlxalq vergi qaydalarının hazırlanması və vergi bazasının aşınmasının qarşısının alınması ilə bağlı əsas strateji istiqamətləri müəyyənləşdirir.

Beləliklə, bu dəfə Azərbaycanın vergi təcrübəsi beynəlxalq masada söz sahibi olan ekspertlər arasında yer alacaq.

Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”


 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

00:39
07 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:34
07 Oktyabr

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə

00:32
07 Oktyabr

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında  

00:31
07 Oktyabr

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

23:57
06 Oktyabr

Rusiyanın neft və qaz gəlirləri azalıb

23:49
06 Oktyabr

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

23:27
06 Oktyabr

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

22:13
06 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

21:55
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

20:49
06 Oktyabr

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

20:43
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!