06 Oktyabr 2026 18:36
139
Mədəniyyət
A- A+
Avroviziyada daha bir ölkə səhnədən çəkildi

Avroviziyada daha bir ölkə səhnədən çəkildi


Avroviziya səhnəsində bir ölkənin işıqları sönəcək. Çexiya 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək mahnı müsabiqəsində iştirak etməyəcək. Çexiyanın ictimai yayımçısı “Çeska televize”nin (CT) məlumatına görə, qərarın əsas səbəbi maliyyə çətinlikləridir. Yayımçı daha əvvəl 2027-ci ildə büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlamışdı.

Çexiyanın Avroviziya səhnəsindəki növbəti çıxışı təxirə düşüb. Amma 2027-ci il müsabiqəsində ölkələrin siyahısından çəkilən tək bayraq Çexiyanın deyil ki?! Daha əvvəl İrlandiyanın RTÉ tele-radio şirkəti İsrailin Qəzza sektorundakı fəaliyyətlərinə etiraz olaraq müsabiqədə iştirak etməyəcəyini və onu yayımlamayacağını açıqlayıb. Niderlandın AVROTROS tele-radio şirkəti də avqust ayında analoji qərarını elan edib.

Beləliklə, Burqasda keçiriləcək “Avroviziya-2027” hələ başlamamış gündəmə gəlib. Səhnə hazırdır, işıqlar yanacaq, musiqi səslənəcək — amma bəzi ölkələrin bayraqları bu dəfə həmin səhnədə olmayacaq.

Züleyxa ƏLİYEVA,  

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ABŞ və Avstraliya “HACM” yeni hipersəsli raketini sınaqdan keçirib  

16:25
06 Oktyabr

Cənubi Koreyadan süni intellektlə kibertəhdidlərə qarşı addım  

16:23
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

16:20
06 Oktyabr

Biləcəri–Yalama xəttində sürət artacaq

16:14
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!