03 Noyabr 2026 16:33
230
CƏMİYYƏT
A- A+
Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  


Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş, “SOY Production” tərəfindən istehsal edilən “Düşmənə qarşı tək” qısametrajlı filmin təqdimatı keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri mərasimdə “SOY Production” şirkətinin rəhbəri, Əməkdar artist  Dilarə Əliyeva çıxış edərək filmin ərsəyə gəlməsinə göstərilən təşkilati dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dərin təşəkkürünü bildirib. O, layihənin hazırlanması prosesindən bəhs edərək qeyd edib ki, süni intellekt texnologiyasının imkanlarından istifadə edilməklə ərsəyə gətirilən film Natiq Qasımovun həyat və döyüş yolunu ekran vasitəsilə yenidən canlandırıb: “Bu ekran əsəri qəhrəmanımızın şücaətini daha geniş auditoriyaya çatdırmaq, onun əziz xatirəsini yaşatmaq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır”.

Çıxış edən YAP şəhər təşkilatının sədri Bayram Aslanov isə Milli Qəhrəman Natiq Qasımovun göstərdiyi misilsiz qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. Qeyd edib ki, bu cür ekran əsərləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və qəhrəmanlarımızın tanıdılmasında mühüm rol oynayır.

Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov qardaşı ilə bağlı xatirələrini bölüşüb, onun Vətənə bağlılığından və göstərdiyi şücaətdən danışıb. O, qardaşının xatirəsinə göstərilən diqqətə, eləcə də onun həyat və döyüş yolunun ekranlaşdırılmasına görə filmin yaradıcı heyətinə və ona dəstək verənlərə minnətdarlığını bildirib. 

Mərasim “Düşmənə qarşı tək” filminin nümayişi ilə yekunlaşıb.

Sabir ƏLİYEV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnfarktın gözlənilməz əlaməti açıqlanıb

17:42
03 Noyabr

Xocalıda həyat yenidən çiçəklənir

17:39
03 Noyabr

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

17:24
03 Noyabr

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib  

17:18
03 Noyabr

UNESCO: qlobal miqyasda jurnalist qətllərində cəzasızlıq göstəricisinin sayı artıb  

17:18
03 Noyabr

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib  

17:15
03 Noyabr

ÜST rəhbəri Efiopiyanın səhiyyə sistemi ilə bağlı xəbərdarlıq edib  

17:07
03 Noyabr

Çin valyuta ehtiyatı tələblərini artırır

16:54
03 Noyabr

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

16:50
03 Noyabr

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik edəcək  

16:43
03 Noyabr

Neft yenidən bahalaşıb

16:38
03 Noyabr

Azərbaycan-Yunanıstan ticarətində 700 milyon dollarlıq hədd aşılıb

16:37
03 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

16:33
03 Noyabr

Şəhidlərin anım günü məzarları ziyarət olunub  

16:13
03 Noyabr

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır

16:07
03 Noyabr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

15:52
03 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

15:29
03 Noyabr

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb  

15:18
03 Noyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib  

15:07
03 Noyabr

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  

15:01
03 Noyabr

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb  

14:36
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!