16 Sentyabr 2026 08:20
179
SİYASƏT
A- A+
İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir


Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən etibarən suveren Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiya kursunun müəyyənləşdirilməsi və qısa müddətdə həyata keçirilməsi bu sahədə tarixi uğurların qazanılmasına gətirib çıxarıb. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xarici siyasət sahəsində yeni nailiyyətlərin əldə olunmasına yol açıb. 

Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin və dünya birliyinə inteqrasiyasının əsas istiqamətlərini ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. Bu mənada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin inkişafı ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında təsis edilib və hazırda Azərbaycan da daxil olmaqla 60-dan çox dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmaları, habelə bir sıra beynəlxalq təşkilatlar İƏT yanında müşahidəçi statusuna malikdir. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransıdır, icraçı orqanı isə baş katiblikdir. Baş katibliyin iqamətgahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. İƏT Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edir və 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb.

İslam Əməkdaşlıq Təşkilatının böyük regional qurum kimi genişmiqyaslı və fəal fəaliyyətə başlaması təşkilata üzv dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi, elmi və mədəni həyatında yeni bir tarixi mərhələ kimi dəyərləndirilə bilər. İƏT-in üzv dövlətlərin inkişafına mane olan problemlərin həlli, qarşıda dayanan əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi uğrunda fəaliyyəti təqdirəlayiqdir. Təşkilatın konfransları və digər mötəbər tədbirləri bu istiqamətdə mühüm rol oynayıb və müasir dövrdə də əvəzsiz əhəmiyyət daşıyır.

İslam Konfransı Təşkilatı (indiki İslam Əməkdaşlıq Təşkilatı) ilə Azərbaycanın əlaqələri hələ müstəqillikdən əvvələ gedib çıxır. 1986-cı ildə İslam Konfransı Təşkilatının himayəsi ilə Bakıda "Müsəlmanlar sülh uğrunda mübarizədə" beynəlxalq İslam konfransı keçirilib. Konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak edib.

İƏT ilə əməkdaşlığı zəruri edən amillərdən biri də müstəqilliyinin ilk illərində beynəlxalq iqtisadi əlaqələrin inkişafında geri qalan ölkəmiz üçün təşkilatın geniş və perspektivli imkanlar yaratması, Azərbaycanın dünya bazarına qoşulmasına dəstək verməsidir. Məhz bu kontekstdən çıxış edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verib və ölkəmizin İƏT ilə əlaqələrinin daha da genişləndirilməsinə çalışıb.

Sağlam təməl üzərində qurulan Azərbaycan-İƏT əlaqələri Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində yüksələn xətlə inkişaf edib. Son 23 ildə bu əlaqələr elə bir yüksək səviyyəyə çatıb ki, Azərbaycan təşkilatın zirvə görüşlərinin, toplantılarının və digər tədbirlərinin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Əməkdaşlığın güclənməsinin göstəricilərindən biri də İƏT-ə üzv ölkələrin daxil olduğu digər qurumların mötəbər tədbirlərinin Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi və ölkəmizin bu tədbirlərdə yüksək səviyyədə iştirak etməsidir.

16 il bundan öncə, iyun ayında Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Toplantı çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə olunub, bu istiqamətdə müvafiq sənədlər imzalanıb.

2013-cü ilin aprelində isə Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı baş tutub. Toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən "Çərçivə Sənədi" qəbul olunub. Konfransın mühüm qərarlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olub. Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi dövründə, ölkəmizin təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli iclas təşkil edilib. Bu, BMT tarixində həmin mövzuda keçirilən ilk belə iclas olub. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin ilin "İslam Həmrəyliyi İli" elan edilməsi islam həmrəyliyinin möhkəmləndirilməsi, islam dəyərlərinin dünyada təbliği baxımından önəmli hadisələrdəndir.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verir. İƏT çərçivəsində əməkdaşlıq ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, dinlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.

2021-ci il aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul edərkən, Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə baş katib "Dostluq" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq, Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində 2025-2026-cı tədris ili üzrə 51 ölkədən 100 nəfər təhsil qrantına layiq görülüb. Proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almaları nəzərdə tutulub.

2025-ci ilin iyununda İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda "İstanbul Bəyannaməsi", habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi xüsusilə əlamətdar hadisə hesab olunub. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunub. Həmçinin Ermənistan tərəfindən icmanın hüquqlarının inkar olunması qınanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin yüksəksəviyyəli görüşləri keçirilib. Belə görüşlərdən biri də dövlətimizin başçısının bu günlərdə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul etməsi zamanı reallaşıb. Görüş zamanı ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq xüsusi qeyd olunub. Eyni zamanda İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunulub. Bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib. Görüş zamanı Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatını dövlətimizin başçısına təqdim edib. Reallıq budur ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Azərbaycan əlaqələri ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

Örnək liderlik nümunəsi

08:10
16 Sentyabr

Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı

08:00
16 Sentyabr

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

07:58
16 Sentyabr

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

01:42
16 Sentyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb

23:37
15 Sentyabr

Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib

23:01
15 Sentyabr

“Brent” markalı neftin qiyməti 109 dolları ötüb

22:34
15 Sentyabr

Ermənistanın revanşist yanaşmaları sülh yoluna kölgə salır

21:30
15 Sentyabr

Psixoloq yeniyetmələrdə payız təşvişinin öhdəsindən gəlməyin yollarını açıqlayıb  

21:21
15 Sentyabr

Gürcüstan mediası Azərbaycan Prezidentinin bəyanatlarını geniş işıqlandırıb

21:17
15 Sentyabr

İlon Mask kosmosa süni intellekt kompüterləri çıxarmağı planlaşdırır

20:20
15 Sentyabr

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır

20:09
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!