16 Sentyabr 2026 09:00
2498
Təhsil
A- A+
Masallıda Bilik Günü qeyd olunub

Masallıda Bilik Günü qeyd olunub


15 Sentyabr Bilik Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın böyük məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov və Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev Masallı şəhərində yerləşən Dəfinə məktəb-liseyində olublar. Rayon rəhbəri məktəb-liseyin kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.  

Araz Əhmədov məktəbdə yaradılmış şəraitlə tanış olub, təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb. Görüş zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli və savadlı yetişdirilməsinin əhəmiyyətindən danışılıb. İcra başçısı bildirib ki, müasir dövrdə bilik və təhsil cəmiyyətin inkişafının əsas amillərindən biridir. Şagirdlərin keyfiyyətli təhsil alması, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənclər kimi yetişməsi qarşıda duran əsas vəzifələrdəndir.

Tədbirdə müəllimlərin əməyi yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilib. Şagirdlərə isə yeni tədris ilində yüksək nailiyyətlər, möhkəm cansağlığı və bol uğurlar arzu olunub.

Sonda məktəb-liseyin müəllim və şagird kollektivi ilə xatirə fotosu çəkdirilib. 


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!