09 Noyabr 2026 08:10
219
SİYASƏT
A- A+
Qələbə rəmzi

Qələbə rəmzi


Dövlət Bayrağı Günü... Hər gün əzizlədiyimiz, varlığından qürur və şərəf duyduğumuz müqəddəs bayrağımıza sevgi və ehtiramın təntənəsi. Xalqımızın və dövlətçiliyimizin tarixinə, milli-mənəvi dəyərlərimizə ali münasibət bəsləyən Prezidentimiz İlham Əliyevin 17 noyabr 2009-cu il sərəncamına əsasən, hər il noyabrın 9-da qeyd etdiyimiz əziz bayram.

108 il əvvəl qurulan, lakin ömrü çox qısa olan Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqdə ilk demokratik respublikanın, arzusu ürəyində qalan, amallarına sədd çəkilən babalarımızın yadigarıdır üçrəngli bayrağımız. Ulu Öndərimiz Heydər Əliyevdən əmanətdir bizə. Məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar müstəqillik mübarizəsi tariximizin ən əlamətdar hadisələri sırasına yazıldı. Ümummilli Liderin sədrliyi ilə keçirilən iclasda onun təşəbbüsü və təklifi ilə qəbul edilən tarixi qərarlardan biri müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olması barədə idi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edildi. Bax beləcə, 33 il əvvəl, sovet hakimiyyətinin hələ "yaşadığı" bir vaxtda Heydər Əliyev üçrəngli bayrağımızı xalqımıza, Azərbaycanımıza qaytardı. Heç üç ay keçmədən - 1991-ci il fevralın 5-də respublika Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması barədə qərar qəbul etdi. 

O vaxtdan bəri çox keşməkeşlərdən keçdi bayrağımız. Namərd qonşumuzun olmazın vəhşiliklərinin, ona dəstək verənlərin namərdliyinin şahidi oldu. Qaçqınlı-köçkünlü günlərimizi bərabər yaşadı bizimlə. Sapı özümüzdən olan baltaların dağıtdığı, talan etdiyi iqtisadiyyatımızı gördü... Yağı əlində qalan yurd yerlərimizin həsrətini bizimlə bərabər çəkdi... Lakin sınmadı, əyilmədi bayrağımız. 

Etibarlı əllər tutmuşdu onu. Biz ondan, o da bizdən güc aldı. Ulu Öndərimizin uzaqgörənliklə göstərdiyi yolla irəlilədik. Müdrik liderimiz İlham Əliyevin ardınca getdik, yumruq kimi birləşdik, günü-gündən gücləndik. Elə bir güclü Azərbaycan qurdu ki, Prezidentimiz, elə bir yenilməz ordu yaratdı ki, Müzəffər Ali Baş Komandanımız, elə bir gənc nəsil yetişdirdi ki, dövlətimizin başçısı, cəmi 44 günə illərdir sinəsini döyüb "qürurlanan" yağıya diz çökdürdü. Torpaqlarımızda həmişəlik at oynadacağını düşünən düşmən yurdumuzda bərqərar etməyə çalışdığı bayrağını ayaq altında, silahını döyüş meydanında atıb qaçdı. 

Biz isə müqəddəs üçrəngli bayrağımızla döndük öz doğma torpağımıza, yurd-yuvamıza. Prezidentimiz Şuşada, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, bir sözlə, işğaldan azad edilmiş torpaqlarımızın hər tərəfində bayrağımızı ucaltdıqca göz yaşlarımızı saxlaya bilmədik. Bu dəfə sevinc göz yaşlarını... 

İndi Qarabağın və Şərqi Zəngəzurun elə bir kəndi və şəhəri yoxdur ki, orada Azərbaycan bayrağı dalğalanmasın. Düşmənə gözdağı olan Azərbaycan bayrağı!

Müqəddəsdir bu bayraq. Bizimlə bərabər odlardan-alovlardan keçdiyi üçün. Vətən torpağı uğrunda həyatını qurban verən igidlərimizi son mənzilə yola salıb şəhid evlərində qəhrəmanlıq rəmzi kimi qorunaraq nəsillərə yadigar qaldığı üçün. Bizi qələbədən-qələbəyə apardığı üçün. Daha işıqlı sabahlara doğru gedən yolumuzda yol yoldaşımız olduğu üçün...

Bayraq Günün mübarək, qalibiyyət bayraqlı Azərbaycan!


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!