09 Noyabr 2026 08:15
214
CƏMİYYƏT
A- A+
Bayraq ucalanda Vətən ucalar

Bayraq ucalanda Vətən ucalar


Varlığımız, ucalığımızdır bayrağımız. İndi o, vüqarla dalğalanır işğaldan azad olunmuş torpağımızda, Vətənimizin hər yerində, neçə-neçə ölkədəki Azərbaycan elçiliklərinin qarşısında. 

İdmançılarımızın dünya arenalarında qazandıqları qələbələr zamanı ucalan bayrağımız hər birimizin qəlbini sevinc hissi ilə doldurur, riqqətə gətirir. Müstəqilliyimizin atributlarından biri olan  bayrağımız qələbə paradlarında, el şənliklərində, tədbirlərdə Zəfər simvolu kimi dalğalanır. Bakıda Xəzərin qucağındakı Bayraq meydanında ucalır əzəmətli Azərbaycan Bayrağı.

Bu bayraq haqqında gör nə qədər şeirlər yazılıb, nəğmələr bəstələnib. Mənim də qəlbimdən bu misralar süzüldü. 


Bayraq bir millətin özünüdərki, 

Qeyrəti, məsləki, əqidəsidir. 

İliyindən keçib canından gələn, 

Dilində göyərən haqqın səsidir. 


Uca əcdadımın Qobustandakı 

Qayada cizgisi, qavaldaşıdır. 

Yüz illər, min illər yol keçib gələn, 

Nəsillər yaşadan qan yaddaşıdır. 

 

Xətai idrakı, Babək qılıncı, 

Koroğlu sazının öz simidir o. 

Babam Füzulinin qərib məzarı, 

Hələbdə soyulan Nəsimidir o. 

 

Kəpəzdi, Qoşqardı, Arazdı, Kürdü, 

Mayası atəşdən, oddan yoğrulub. 

Üç rəngi köçürüb öz varlığına, 

Bir aylı gecədə sanki doğulub.  


Dönüb bir millətin səcdəgahına, 

İgidlər önündə onun and içər. 

"Yaşa, ana yurdum, sən yaşa ,"- deyə 

Girib döyüşlərə canından keçər. 

  

Vətən övladları igid, cüssəli, 

Düşmənin bağrını dağıdar, sökər. 

Heç nədən qorxmayan oğullar belə 

Bayrağın önündə yalnız diz çökər. 


Döyüşlər, savaşlar önündə gedib, 

Zəfər ilhamıyla dalğalanıbdır. 

Çox vaxt cəbhələrdə hamıdan qabaq 

İlkin zərbələri bayraq alıbdır. 


Namusdu, qeyrətdi, şöhrətdi, şandı, 

Bayraq ucalanda millət ucalar. 

Bayrağı ucaldan oğullar varsa, 

O millət həmişə zəfərlər çalar. 


Dik saxla başını, dik tut, Bayrağım! 

Qəddin əyilməsin heç vaxt bir daha! 

Hələ qarşıdadır sənin xoş çağın, 

Gedək o günləri doğan sabaha! 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!