17 Oktyabr 2026 09:20
1735
Təhsil
A- A+
Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır


Təhsil hər bir xalqın gələcəyini müəyyən edən əsas amillərdən biridir. Çünki məktəb yalnız bilik verilən, savad öyrədilən məkan deyil. Eyni zamanda insanın dünyagörüşünün formalaşdığı, həyata münasibətinin müəyyənləşdiyi mühitdir. Bu gün məktəb partası arxasında əyləşən uşaqlar sabah cəmiyyətin inkişafında, elmin və mədəniyyətin tərəqqisində, dövlətimizin gələcəyinin qurulmasında iştirak edəcəklər. Deməli, təhsil haqqında düşünərkən gələcək nəslin necə yetişəcəyini də nəzərə almalıyıq.

Bu baxımdan Azərbaycanda təhsilin dünyəvilik prinsipi xüsusi əhəmiyyət daşıyır. Dünyəvi təhsil elmi biliklərə, rasional düşüncəyə, insan hüquqlarına və şəxsiyyətə hörmətə əsaslanır. Dünyəvi təhsil həm də müasir dövlətçiliyin, elmin və ictimai inkişafın mühüm şərtlərindən sayılır. Bu prinsip dövlətin təhsil siyasətinin elmi biliklərə, azad düşüncəyə, hüquq bərabərliyinə və bütün vətəndaşlara eyni münasibətə əsaslanmasını nəzərdə tutur. Dünyəvi təhsil alan insan dini inanclara hörmət etməklə yanaşı, elmi biliklərə yiyələnir, müstəqil düşünməyi öyrənir və cəmiyyətdə baş verən proseslərə daha obyektiv yanaşır.

Azərbaycanın maarifçilik tarixində təhsilə və elmi düşüncəyə verilən əhəmiyyətin dərin kökləri var. XIX əsrdən başlayaraq, maarifçilik ideyalarının yayılması, yeni tipli məktəblərin yaranması, ana dilində təhsilə və elmi biliklərə marağın artması cəmiyyətin inkişafına ciddi təsir göstərib. Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və digər maarifçilər xalqın tərəqqisini elmdə, təhsildə və maariflənmədə görürdülər. Onlar öz fəaliyyətləri ilə göstərirdilər ki, cəmiyyətin davamlı inkişafına nail olmaq üçün savadlanmaq, elmi biliklərə yiyələnmək lazımdır. Odur ki, həmin dövrlərdə Azərbaycan maarifçiləri müasir üsullu məktəblərin açılmasına, dünyəvi təhsilin inkişafına səy göstərir, soydaşlarını daim mütərəqqi fikirlərə, yeniliklərə açıq olmağa səsləyirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilə və milli maarifçiliyə verilən əhəmiyyət də bu ənənənin mühüm mərhələlərindən birinə çevrildi. Sonrakı dövrlərdə də respublikamızda təhsil sisteminin inkişafında dünyəvilik prinsipi mühüm yer tutdu.

Maarifçilərimizin irsi bu gün də öz əhəmiyyətini qoruyur. Zaman dəyişir, elmin imkanları genişlənir. Dünya sürətli elmi-texnoloji dəyişikliklər dövrünü yaşayır. Ancaq xalqın tərəqqisində, cəmiyyətin inkişafında təhsilin rolu dəyişməz olaraq qalır. 

Bu gün Azərbaycanın təhsil sahəsində aparılan islahatlar geniş dünyagörüşünə malik, müasir düşüncəli vətəndaşların yetişdirilməsinə yönəlib. Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən, ölkəmiz dünyəvi dövlətdir. Bu prinsip təhsil sahəsində də öz əksini tapıb. Konstitusiyamızın 18-ci maddəsində bildirilir ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Burada mühüm bir məqamı da qeyd etmək lazımdır: dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşmaq demək deyil. Azərbaycan xalqının tarixində böyüyə hörmət, ailəyə bağlılıq, mərhəmət, xeyirxahlıq, ədalət və insanpərvərlik kimi dəyərlər mühüm yer tutur. Bu dəyərlər nəsildən-nəslə ötürülərək milli kimliyimizin əsasını təşkil edir. Dünyəvi təhsil də həmin dəyərlərin qorunmasına, onların müasir dövrün tələbləri ilə uzlaşdırılmasına xidmət edə bilər. Əsas məsələ milli-mənəvi irsimizi elmi düşüncə, müasir bilik və ümumbəşəri dəyərlərlə birlikdə inkişaf etdirməkdir.

Təhsil sahəsində dünyəvilik prinsipinin qorunması müəllimlərin üzərinə də mühüm vəzifələr qoyur. Müəllimin vəzifəsi fənnini yüksək səviyyədə tədris etməklə tamamlanmır. Eyni zamanda o, gənc nəslin dünyagörüşünün formalaşmasına təsir göstərən nümunədir. Buna görə də müəllim elmi yanaşmaya üstünlük verməli, şagirdlərin suallarını dinləməli, onların sərbəst düşünməsinə imkan yaratmalı və sinifdə hər kəsə bərabər münasibət göstərməlidir. Məktəbdə sağlam mühitin formalaşması üçün ailə, müəllim və cəmiyyət arasında da qarşılıqlı anlaşma olmalıdır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli kimliyini qoruyan, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verən gənclər yetişdirməkdir. Bunun üçün şagirdlərə keyfiyyətli təhsil vermək, elmi bilikləri əlçatan etmək, tənqidi düşüncəni inkişaf etdirmək və onları məsuliyyətli vətəndaş kimi formalaşdırmaq lazımdır. Dünyəvi təhsil bu məqsədlərə çatmaq üçün mühüm imkanlar yaradır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!