16 Sentyabr 2026 10:30
116
CƏMİYYƏT
A- A+
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar "Bilik Günü" keçirilib.

Tədbirdə AHİK-in və akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev müəllimləri, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Ölkəmizdə gənclərə və təhsilə göstərilən dövlət qayğısından danışan Musa Mirzəyev təhsilin insan kapitalının inkişafında mühüm rolunu vurğulayıb, tələbələrə təhsil həyatında uğurlar arzulayıb.

Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil imkanlarının genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib.

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tələbələri ölkəmizdə təhsil üçün yaradılmış imkanlardan və akademiyada yaradılan əlverişli təhsil mühitindən yararlanmağa, bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə çağırıb. Valideyn Vüsalə Əsgərova isə akademiyada tələbələrin hərtərəfli təhsil alması və inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasında əməyi olan müəllimlərə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində tələbələr və valideynlər akademiyada təhsil üçün yaradılmış şəraitlə tanış olublar. 


Nərminə ƏSGƏROVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir 

11:06
16 Sentyabr

Azərbaycan nefti 128 dollara satılır 

11:03
16 Sentyabr

Çinin “Gravity-1” kommersiya raketi 9 peyki orbitə yerləşdirib 

10:55
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

10:50
16 Sentyabr

Paşinyan davamlı sülhdə maraqlıdırsa, revanşizmin kökünü kəsməlidir

10:40
16 Sentyabr

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

10:20
16 Sentyabr

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!