16 Sentyabr 2026 10:50
180
İQTİSADİYYAT
A- A+
Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür


Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür.

AZƏRTAC xəbər verir ki, 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası A/RES/49/114 saylı qətnaməsi ilə sentyabrın 16-nı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib. Həmin tarix ozon təbəqəsini dağıdan maddələr üzrə 1987-ci ildə Monreal Protokolunun imzalanmasının xatirəsinə təsis olunub və 1995-ci ildən qeyd edilir.

1987-ci il sentyabrın 16-da 36 ölkə iştirakçı dövlətlərin ozon təbəqəsini dağıdan maddələrin istehsalını məhdudlaşdırmasını və tamamilə dayandırmasını nəzərdə tutan sənədi imzalayıb.

Dövlətlərə bu günü Monreal Protokolunda və ona edilmiş düzəlişlərdə əksini tapan vəzifə və məqsədlərə uyğun fəaliyyətin təbliğinə həsr etmək tövsiyə olunur. Bundan əlavə, hər il bu gün ozon təbəqəsinin qorunması ilə bağlı müəyyən mövzuya həsr edilir.

Ozon atmosferimizin çox kiçik bir hissəsini təşkil edir, lakin onun mövcudluğu insanların rifahı üçün böyük əhəmiyyət daşıyır. Həmin nazik qaz örtüyü olan ozon təbəqəsi Yer kürəsini Günəş radiasiyasının müəyyən hissəsinin zərərli təsirindən qoruyur və bununla da planetdə həyatın qorunmasına kömək edir.

Ozonun böyük hissəsi Yer səthindən 10-40 kilometr yüksəklikdə, atmosferin yuxarı qatlarında yerləşir. Bu ərazi stratosfer adlanır və atmosferdəki ozonun təxminən 90 faizi burada cəmlənib.

Ozon təbəqəsi Yer kürəsinin üzərində kosmosa doğru uzanan nəhəng örtük kimi yayılır. Əgər bu təbəqə nə vaxtsa tükənərsə, bu, bütün biosfer və bütün canlılar üçün təhlükəli olacaq. Ultrabənövşəyi şüaların insan orqanizminə təsiri dəri xərçənginə, korluğa və digər xəstəliklərə səbəb ola bilər.

XX əsrin 80-ci illərində alimlər bir kəşf etdilər: Antarktida ərazisində ozonun ümumi miqdarı iki dəfə azalmışdı. Məhz bundan sonra “ozon dəliyi” ifadəsi meydana gəldi.

Ozonun tükənməsinə sənaye müəssisələri və zavodların fəaliyyəti nəticəsində yaranan xlor monoksid təsir göstərir. Elmi araşdırmalar nəticəsində geniş istifadə olunan bir sıra kimyəvi maddələrin ozon təbəqəsi üçün son dərəcə təhlükəli olduğu müəyyən edilib.

Ozon təbəqəsinin tükənməsi faktının elmi cəhətdən təsdiqlənməsi beynəlxalq ictimaiyyəti onun qorunması üçün tədbirlər görmək məqsədilə əməkdaşlıq mexanizmi yaratmağa sövq edib. Bu, 1985-ci il martın 22-də 28 ölkənin qəbul etdiyi və imzaladığı Ozon Təbəqəsinin Mühafizəsi üzrə Vyana Konvensiyasında təsbit olunub. Bu isə öz növbəsində Monreal Protokolunun hazırlanmasına və imzalanmasına gətirib çıxarıb.

Buna görə də tənzimlənən ozondağıdıcı maddələrdən istifadənin mərhələli şəkildə dayandırılması və bunun nəticəsində həmin maddələrdən istifadənin azaldılması yalnız indiki və gələcək nəsillərin maraqları naminə ozon təbəqəsinin qorunmasına deyil, həm də iqlim dəyişikliyi probleminin həlli istiqamətində səylərə böyük töhfə verir. Belə ki, Monreal Protokolunun həyata keçirilməsi soyuducularda, kondisionerlərdə və digər istehlak məhsullarında istifadə olunan ozondağıdıcı kimyəvi maddələrin 99 faizinin mərhələli şəkildə istifadədən çıxarılmasına səbəb olub.

Ozon təbəqəsinin qorunması istiqamətində görülən tədbirlər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə də töhfə verib. Ekspertlərin hesablamalarına görə, bu fəaliyyət nəticəsində 1990-2010-cu illər ərzində 135 milyard ton karbon qazının atmosferə atılmasının qarşısını almaq mümkün olub.

Beləliklə, Monreal Protokolu sayəsində zərərli ultrabənövşəyi şüalanmanın Yer kürəsinə təsirinin azaldılması nəticəsində insan sağlamlığı və ekosistemlər qorunur. Bununla yanaşı, ozondağıdıcı maddələrin istənilən qanunsuz mənbələrinin meydana çıxdığı zaman aradan qaldırılmasını davam etdirməklə əldə edilmiş nailiyyətləri qorumaq zəruridir. Həmçinin 2019-cu il yanvarın 1-də qüvvəyə minmiş Monreal Protokoluna Kiqali düzəlişinin həyata keçirilməsinə tam dəstək göstərilməsi vacibdir. Potensial istixana qazları olan hidroflüorokarbonların mərhələli şəkildə istifadədən çıxarılması yolu ilə bu düzəlişin müddəalarının yerinə yetirilməsi əsrin sonuna qədər qlobal temperatur artımının 0,4°C azalmasına kömək edəcək.

Həmin tədbirləri mərhələli imtina prosesi ilə birləşdirməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində vəziyyətin yaxşılaşdırılmasına nail ola bilərik. Ozon dəliklərinin yaranmasının qarşısını almaq bizim gücümüz daxilində deyil. Lakin ozonu heç olmasa məişət səviyyəsində qorumaq insanın imkanları daxilindədir.

Ənənəvi olaraq, bu tarix münasibətilə müxtəlif ölkələrdə hökumət üzvlərinin və alimlərin iştirakı ilə tematik çıxışlar təşkil olunur, kütləvi informasiya vasitələrində ozon təbəqəsinin qorunması probleminə həsr olunmuş veriliş və məqalələr yayımlanır, təhsil müəssisələrində məktəblilər və tələbələr üçün mühazirə və seminarlar keçirilir.

Hər il bir mövzu altında qeyd olunan Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Gününün bu il üçün şüarı belədir: “Daha sərin bir planet naminə qlobal fəaliyyət”.

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə ölkələrə müraciət edib. Müraciətdə deyilir:

"On il əvvəl dünya ən böyük ekoloji uğur hekayələrindən birinə yeni bir səhifə əlavə etdi. Ozon təbəqəsini bərpa yoluna çıxaran Monreal Protokolunun davamı olaraq dövlətlər yeni bir təhlükə ilə – soyutma məqsədilə istifadə olunan güclü istixana qazları olan hidroflüorokarbonlarla (HFC) mübarizə aparmaq üçün Kiqali düzəlişini qəbul etdilər.

Bu ilin “Daha sərin bir planet naminə qlobal fəaliyyət” mövzusu iqlim sahəsində əsas problemlərdən birini ön plana çıxarır. Temperatur yüksəldikcə və ekstremal istilər daha çox müşahidə olunduqca, səmərəli soyutma sistemlərinə çıxış insanların həyatını xilas edir. Biz bu tələbatı ədalətli və davamlı şəkildə qarşılamalıyıq.

Kiqali düzəlişi tam şəkildə həyata keçirildiyi təqdirdə, əsrin sonunadək qlobal temperatur artımının 0,5 dərəcəyədək qarşısının alınmasına imkan yarada bilər. Enerjiyə qənaət edən soyutma sistemləri ilə birgə tətbiq edildikdə isə bu göstərici iki dəfə çox ola bilər. Bu, sağlamlıq, ərzaq təhlükəsizliyi, insanların dolanışığı və iqlim dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə bütün ölkələri Kiqali düzəlişini ratifikasiya etməyə və həyata keçirməyə, dayanıqlı soyutmaya keçidi sürətləndirməyə, insanları və planetimizi qorumağa çağırıram".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var 

11:50
16 Sentyabr

“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

11:46
16 Sentyabr

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

11:44
16 Sentyabr

“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır

11:42
16 Sentyabr

QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

11:38
16 Sentyabr

AK Parti sədrinin müavini: Orta Dəhliz üzrə daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər

11:35
16 Sentyabr

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

11:33
16 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

11:28
16 Sentyabr

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

11:25
16 Sentyabr

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub

11:23
16 Sentyabr

Baş katib: 180 milyonluq əhali bizim iqtisadi potensialımızın miqyasını göstərir

11:18
16 Sentyabr

Vüsal Qasımlı: Türk dünyasında iqtisadi inteqrasiya dərinləşir

11:15
16 Sentyabr

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdamda

11:13
16 Sentyabr

Paytaxtın və ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

11:10
16 Sentyabr

Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir 

11:06
16 Sentyabr

Azərbaycan nefti 128 dollara satılır 

11:03
16 Sentyabr

Çinin “Gravity-1” kommersiya raketi 9 peyki orbitə yerləşdirib 

10:55
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

10:50
16 Sentyabr

Paşinyan davamlı sülhdə maraqlıdırsa, revanşizmin kökünü kəsməlidir

10:40
16 Sentyabr

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!