16 Sentyabr 2026 09:20
145
İQTİSADİYYAT
A- A+
Böyük qayıdışın məşğulluq gündəliyi

Böyük qayıdışın məşğulluq gündəliyi


Prezident İlham ƏLİYEV: "Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır"


İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması dayanmadan həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzura əhalinin qayıdışı bölgədə yeni iş imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. Böyük qayıdış fonunda doğma yurda dönən əhalinin öz yaşayışını təmin etməsi üçün yeni iş yerləri yaradılır. 

Bu məqsədlə müxtəlif sahələrdə layihələr həyata keçirilir,  yeni evlər və yollar inşa olunur, müəssisələr fəaliyyətə başlayır. Çünki doğma yurda qayıdış sadəcə evə dönüşlə xarakterizə olunmur. Həmin dönüş qarşıda yeni həyat qurmaq, işləmək və gələcəyə dair planlar kimi yeni bir mərhələ açır. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin əsas istiqamətlərindən biri əhalinin əmək bazarına  uyğunlaşmasıdır. Və bu inteqrasiya fonunda işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, həmçinin də əhalinin məşğulluq imkanlarının artırılması ilə bağlı tədbirlər davam etdirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən bu işlər və əldə olunan nəticələr prosesin əsas hissəsini təşkil edir.

Prosesin davamlı olması, yurda qayıdanların yenidən qurulan yaşayış məkanlarında iqtisadi fəallığının artırılması vacib məsələ kimi  hər zaman gündəlikdə dayanır. Bu mənada bir neçə gün əvvəl Xankəndi şəhərində "Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri" mövzusunda  keçirilən "dəyirmi masa"da regionda yeni iş imkanlarının yaradılması məsələləri müzakirə olunub. 

Keçirilən müzakirələrdə regionlarda məşğulluğun artırılması üçün mövcud imkanlar, yeni layihələrin yaratdığı perspektivlər və qarşıda duran prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. Bütün bunlar azad edilmiş ərazilərdə sosial və iqtisadi dirçəlişin paralel şəkildə getdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni həyatın əsas dayaqlarından biri də məhz insanın öz doğma yurdunda çalışması və gələcəyini burada qurmasıdır.

Tədbirin iştirakçısı olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova çıxışında Böyük qayıdışın insanların doğma yurda dönməsi ilə yekunlaşmadığını vurğulayıb. Bildirib ki, qayıdışın davamlı və dayanıqlı olması üçün insanların burada öz gələcəyini qurması, işləməsi və əmək bazarında yerini tapması vacibdir. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına dair tədbirlər planının monitorinqi və qiymətləndirilməsi çərçivəsində aparılan təhlillərin nəticələrini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, azad olunmuş ərazilərdə əsas məsələ əmək bazarının ehtiyacları ilə qayıdan insanların bilik və bacarıqlarını bir araya gətirmək, işəgötürənləri bu prosesin fəal iştirakçısına çevirmək,  məşğulluq xidmətlərini yeni reallıqlara uyğun qurmaqdır. Çünki doğma yurda qayıdış yeni həyata kök salmaqdır.

Bu prinsip dövlət siyasətində də əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev 2025-ci il oktyabrın 28-də  Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə məsələnin dövlət siyasətindəki yerini vurğulayıb: "Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə, bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar. Böyük qayıdışın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur". Təbii ki, belə yanaşma azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmadığını göstərir. Yeni salınan şəhər və kəndlərdə həyatın tam bərpası üçün insanların işlə təmin olunması, iqtisadi fəallığının artırılması və öz gələcəyini bu torpaqlarda qurması əsas şərtlərdəndir. Artıq bu istiqamətdə əldə olunan nəticələr Böyük qayıdışın tədricən yeni mərhələyə keçdiyini göstərir.

30 il həsrətlə gözlənilən qayıdış artıq gerçəyə çevrilir. Vaxtilə səssizliyə bürünmüş torpaqlarda həyat yenidən canlanır, evlərə işıq, küçələrə səs-küy, insanlara isə ümid qayıdır. Bu böyük dönüşün miqyası görülən işlərlə  ölçülür. Əslində, həmin dönüşü ehtiva edən rəsmi statistika doğma torpaqlarına qayıdan minlərlə insanın həyatında baş verən böyük dəyişiklikdən xəbər verir. Rəqəmlərin hər birinin arxasında illərlə davam edən həsrət, qayıdış arzusu və doğma yurdda yenidən həyat qurmaq hekayəsi dayanır. İnsanların öz yurduna dönməsi ilə yeni həyatın ritmi  sürətlənir, ana torpaq canlanır.

Bu canlanma isə ən aydın şəkildə doğma yurda qayıdan ailələrin və insanların sayında əks olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il avqustun 1-i tarixinədək işğaldan azad edilmiş ərazilərə 38 min 179 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da həmin ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 min 746 nəfər təşkil edib. 

Rəqəmlərin arxasında Böyük qayıdışın daha bir mühüm mənzərəsi görünür. Bu, o deməkdir ki, doğma yurda qayıdan insanların əmək və məşğulluq məsələsi olduqca vacibdir.  Məşğulluğu təmin edilənlərin 7 min 915 nəfərinin, yəni təxminən 68 faizinin əmək bazarında mövcud real vakansiyalar üzrə işlə təmin olunması  prosesin getdikcə daha sistemli xarakter aldığının, həmçinin  Böyük qayıdışın artıq yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Çünki yurduna qayıdan insan sadəcə ünvan dəyişmir. Bu qayıdışın ən böyük mənası doğma torpaqda həyatın davam etdiyini görməkdir.

Əslində, Böyük qayıdışın ən böyük nəticəsi də illər sonra insanın öz yurdunda yenidən sabaha plan qurması, ailəsi ilə burada yaşaması, işləməsi və gələcəyini bu torpaqlarla bağlamasıdır. Dünən həsrət və nisgillə xatırlanan torpaqlar bu gün həyatın, əməyin və ümidin ünvanına çevrilir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

Örnək liderlik nümunəsi

08:10
16 Sentyabr

Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı

08:00
16 Sentyabr

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

07:58
16 Sentyabr

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

01:42
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!