16 Sentyabr 2026 11:25
378
CƏMİYYƏT
A- A+
YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib


Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

Konfransda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsi ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində xalqın etimadını doğruldaraq ölkənin siyasi, iqtisadi və ictimai inkişafında mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi strategiyanın Prezident, YAP Sədri İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi ölkə tarixində mühüm nəticələrin əldə olunmasına imkan verib. Bildirilib ki, bu nailiyyətlərin ən mühüm mərhələlərindən biri torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasıdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkənin sosial-iqtisadi və siyasi inkişafının fundamental əsaslarını formalaşdırıb. Bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, dövlətçilik ənənələrinin inkişafına, eləcə də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına şərait yaradıb.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiyanın rayon təşkilatının fəaliyyətinin sistemli şəkildə həyata keçirildiyini və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bahar Muradova Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, xalqın həmrəyliyi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib. O, bu nailiyyətlərin Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edib.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və şəhid anası Mehriban Əmrahova qeyd ediblər ki, partiya ötən illər ərzində cəmiyyətin böyük inamını qazanaraq bu etimadı əməli fəaliyyəti ilə doğruldub.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müavini Rafael Gülməmmədov partiyanın təşkilatlanma istiqamətində fəaliyyətindən danışıb.

Konfransda YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

18:41
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib  

09:08
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib  

09:00
18 Oktyabr

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib  

08:05
18 Oktyabr

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır  

22:51
17 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!