15 Sentyabr 2026 17:57
165
CƏMİYYƏT
A- A+
Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  


Qax rayonunda kənd təsərrüfatının inkişafı, aqrar sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramından irəli gələn vəzifələrin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinqin nəticələrinin öyrənilməsi məqsədiilə Prezident Administrasiyasının məsul əməkdaşı və rayon rəhbərliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə yerində tanış olublar.

İlk olaraq “Ulu Aqro” MMC tərəfindən həyata keçirilən badam və qoz emalı müəssisəsinin yaradılması layihəsinə baxış keçirilib. Ümumi investisiya dəyəri 2 milyon manat olan layihə çərçivəsində illik 18 min ton badam və qoz emal etmək gücünə malik müəssisənin qurulması və 30 yeni iş yerinin yaradılması planlaşdırılır. Mövcud tikili hazır vəziyyətə gətirilib, Türkiyə və Çin şirkətləri ilə müvafiq avadanlıqların gətirilməsi barədə danışıqlar aparılır, avadanlıqların iş prinsiplərinin öyrənilməsi üçün yerli mütəxəssislər həmin ölkələrə ezam olunublar. Avadanlıqların 2027-ci ilin iyun-iyul aylarında gətirilməsi, layihənin isə 2028-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulur.

Sonra sahibkar Elnur Muradovun təsərrüfatına baxış keçirilib. 255 min manat investisiya həcminə malik layihə çərçivəsində yeni 50 hektar sahədə 6 ədəd pivot suvarma sistemi qurulmaqla məhsuldarlığın artırılması hədəflənir. Təsərrüfatda artıq 6 ədəd pivot quraşdırılıb və hazırda enerjinin daimi verilməsi üçün transformatorun qurulması istiqamətində işlər davam etdirilir.

Səfər zamanı “Tam Aqro” MMC tərəfindən icra olunan strateji layihələrlə də tanışlıq olub. Şirkət tərəfindən 3,02 milyon manat investisiya ilə illik 50 min ton yüksək reproduksiyalı taxıl toxumu istehsal edəcək toxum emalı zavodu yaradılır. Zavod üçün bina inşa edilib, 3 binanın layihələndirmə işlərinə başlanılıb və Türkiyədən 0,3 milyon manat dəyərində avadanlıqlar gətirilib. Şirkətin digər layihəsi isə 2,38 milyon manat investisiya ilə yeni 500 hektar sahədə 10 ədəd pivot qurulmaqla ərzaqlıq buğda istehsalını artırmaqdan ibarətdir.

Bundan başqa, sahibkar İsrafil Səfərovun quş əti (qaz əti) istehsalı layihəsinə də baxış keçirilib. 80 min manat investisiya ilə 80 min ədəd ətlik qazın yetişdirilməsini və 20 iş yerinin yaradılmasını nəzərdə tutan layihə üzrə quşların saxlanılması üçün yüngül konstruksiyalı konteynerlərin gətirilməsi planlaşdırılır, hazırda kredit imkanları araşdırılır.

Sahibkar Hüseyn Tarverdiyev tərəfindən 700 min manat investisiya ilə yaratmış 1,2 min tonluq meyvə-tərəvəz saxlama soyuducu anbarı kompleksinə baxış keçirilib. 20 yeni iş yerinin yaradılacağı layihə üzrə mövcud bina hazır vəziyyətə gətirilib və Türkiyə istehsalı olan avadanlıqların alınması üçün smeta layihəsi tərtib olunub.

Baxış zamanı əkin sahələrinin səmərəli istifadəsi, məhsuldarlığın artırılması, müasir aqrotexniki tədbirlərin tətbiqi, suvarma imkanlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, fermer təsərrüfatlarının inkişafı, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.

Fermer və təsərrüfat sahibləri ilə görüşlər zamanı onların fəaliyyətinə təsir göstərən məsələlər dinlənilib, mövcud imkanlar və ehtiyaclar müzakirə olunub. Eyni zamanda, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi və məhsulların bazara çıxış imkanlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Monitorinqin nəticələri təhlil edilərək müəyyən edilmiş məsələlərin aidiyyəti qurumlarla birgə həlli və 2026–2030-cu illər üzrə müəyyənləşdirilmiş tədbirlərin Qax rayonunda ardıcıl və səmərəli icrasının təmin olunması istiqamətində müvafiq işlərin davam etdirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

17:10
15 Sentyabr

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

17:09
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!