12 Avqust 2026 14:27
374
İQTİSADİYYAT
A- A+
Qədim Naxçıvanın turizm imkanları

Qədim Naxçıvanın turizm imkanları


Azərbaycanın ən qədim mədəniyyət və sivilizasiya diyarlarından biri olan Naxçıvan bugün həm də turizm məkanlarından biri kimi tanınır. Bölgə zəngin tarixi-mədəni irsi, özünəməxsus təbiəti və təbii sərvətləri ilə diqqət çəkir. Naxçıvanın turizm imkanlarını fərqləndirən əsas xüsusiyyət turizmin bir neçə istiqamətinin eyni məkanda birləşməsidir. Muxtar respublikada qədim memarlıq nümunələri, dağ mənzərəsi, yaylaqlar, mineral və müalicəvi sular, mağaralar, təbiət qoruqları, ziyarət məkanları vəhdət təşkil edərək, bura üz tutan turistlər üçün bir çox imkanlar vəd edir. Bu baxımdan Naxçıvanda, mədəni, dağ, ekoturizm, kənd, macəra, sağlamlıq kimi fərqli turizm təcrübələrini bir səfərdə yaşamaq mümkündür.   

Möminə Xatun türbəsi, Əlincə qalası, Qarabağlar Memarlıq Kompleksi, Gəmiqaya tarixin yaddaşından, Batabat, Şahbuzun dağlıq əraziləri və Ordubadın səfalı yerləri əsrarəngiz təbiətdən, Duzdağ, Darıdağ və mineral su mənbələri isə zəngin şəfa ocağından xəbər verir. 

Beləliklə, Naxçıvanın turizm potensialı yalnız tarixi və təbii məkanlarla deyil, bu imkanların müasir turizm tələblərinə uyğun şəkildə təqdim edilməsi və vahid turizm konsepsiyasında birləşdirilməsi ilə ölçülür. Qədim irslə müasir turizm imkanlarının vəhdəti Naxçıvanın gələcəkdə Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradır.

Naxçıvanın böyük turizm potensialı olduğunu deyən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov qəzetimizə açıqlamasında bildirib ki, muxtar respublikanın qədim tarixi, mədəni abidələri, zəngin mətbəxi, qonaqpərvər insanları bu bölgəni turistlər üçün cəlbedici edir: “Xüsusi olara qeyd etmək istəyirəm ki, Naxçıvanın sağlamlıq turizm imkanları daha genişdir. Burada yerləşən Duzdağ mağarası bir çox ölkələrdən insanları müalicə almaq üçün Naxçıvana gətirir. Bu baxımdan tibbi turizm imkanları yüksəkdir”. 

Deputat Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində yeni beşulduzlu hotelin təməlini qoyduğunu xatırladaraq əlavə edib ki, dövlət başçısının diqqəti, daimi dəstəyi bölgədə turizm sahəsinin prioritet istiqamət olaraq mövqeyini gücləndirdiyini göstərir. Bu, ilk növbədə yeni iş yerlərinin açılmasına  geniş imkanlar açır, eyni zamanda, ölkəmizə gələn turistlərin rahat şəkildə istirahət etməsinə şərait yaradır. “Azərbaycanın regionda turizm sahəsində liderliyini daim qoruması üçün çox geniş imkanlar var. Dövlət tərəfindən bu istiqamətdə bir çox ardıcıl işlər həyata keçirilir. Təhlükəsizlik məsələləri ən yüksək səviyyədədir. Həmçinin Azərbaycanda 9 beynəlxalq hava limanı mövcudur, logistik imkanlar genişləndirilir. Zəngəzur dəhlizinin açılışından sonra isə Naxçıvan turizm bölgəsi olaraq daha cəlbedici olacaq və imkanlarını genişləndirəcək. Beləliklə, gələcəkdə bu bölgədə turistlərin kəskin artımı müşahidə olunacaq”, – deyə G.Qəhrəmanov əlavə edib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir

14:53
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

Fransadakı AES-də üç reaktor bağlanıb

13:56
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!