12 Avqust 2026 14:47
1477
CƏMİYYƏT
A- A+
Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var


Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də sağlamlığını itirmiş qazilərimizə sahib çıxmaqdır. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, inzibati və ya sosial öhdəliklə yanaşı, mənəvi borcun və dövlət ehtiramının aydın göstəricisidir.

Azərbaycanın hər bir bölgəsində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da sosial siyasət bu prinsiplər əsasında qurulub. Naxçıvanda həyata keçirilən tədbirlər şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Muxtar respublikada bu sahədə sistemli, ardıcıl və məqsədyönlü layihələr icra olunur. Dövlətimizin diqqəti bu insanların həm maddi, həm də mənəvi ehtiyaclarının tam şəkildə ödənilməsinə yönəlib.

Ölkəmizdə sosial təminat proqramlarının miqyası ildən-ilə genişlənir. Görülən işlər hər bir şəhid ailəsinin və müharibə əlilinin dövlət qayğısını yaxından hiss etməsinə imkan yaradır. Bu siyasət Naxçıvanın da ümumi sosial-iqtisadi inkişaf kursunun ayrılmaz tərkib hissəsidir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində Naxçıvanda konkret nəticələrə söykənən tədbirlər görülür. 2023-cü ildən bugünədək olan dövrü əhatə edən göstəricilər bu sahədəki işlərin geniş vüsət aldığını göstərir. Qeyd olunan müddət ərzində muxtar respublikada şəhid ailəsi üzvü və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 26 mənzillə məişət şəraitini yaxşılaşdırmaq üçün təmin edilib. Bu insanlara mobilliklərinin və rahatlıqlarının təmin olunması məqsədilə 24 avtomobil verilib, 102 nəfər isə sanatoriya-kurort yollayışı ilə təmin edilərək sağlamlıqlarının bərpasına şərait yaradılıb. Mənzil və avtomobil təminatı həmin kateqoriyadan olan vətəndaşların gündəlik həyat standartlarını yüksəldir. Sanatoriya-kurort yollayışları isə onların fiziki və psixoloji bərpa prosesinə xüsusi dəstək verir. Dövlət bu xidmətləri tam pulsuz və yüksək keyfiyyətlə təşkil edir. Hər bir mənzilin paylanması və avtomobilin təqdim olunması şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir.

Dövlət büdcəsi ilə yanaşı, xüsusi təsis edilmiş institutlar da bu sosial siyasətin icrasında mühüm rol oynayır. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək Fondu”nun (“Dəstək” Fondu) fəaliyyəti xüsusi qeyd olunmalıdır.

“Dəstək” Fondu yarandığı gündən etibarən həssas qrupa aid vətəndaşların məişət və sosial problemlərinin çevik həllinə yardımçı olur. Fondun vəsaiti hesabına həmin kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ümumilikdə 1 844 382 manat məbləğində maddi yardım göstərilib. Bu vəsait müxtəlif istiqamətlər üzrə bölüşdürülüb. İlk növbədə həmin vəsait hesabına yaşayış evlərinin əsaslı və cari təmiri işləri icra olunub. Eyni zamanda vətəndaşların təcili tibbi müayinə və müalicə xərcləri qarşılanıb. Birləşdirilən maliyyə dəstəyi çərçivəsində məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri avadanlıqlar alınıb. Həmin şəxslərin təhsil və digər sosial ehtiyaclarının ödənilməsinə də müvafiq dəstək göstərilib. Fondun fəaliyyəti vətəndaşların fərdi ehtiyaclarına operativ reaksiya verməyə imkan yaradır. Bu sistem dövlətin sosial yardım şəbəkəsini daha da gücləndirir və əhatəliliyini artırır.

Naxçıvanda şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması bitmiş proses olmayıb, davamlı xarakter daşıyır. Qarşıdakı dövr üçün nəzərdə tutulan planlar mənzil təminatının daha da genişlənəcəyini göstərir. Müəyyən edilmiş fəaliyyət planına əsasən, 2026-cı ilin sonunadək ümumilikdə 68 mənzilin şəhid ailələrinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilməsi nəzərdə tutulur. Bu çərçivədə Naxçıvan şəhərində 29, Şərur şəhərində 23, Ordubad şəhərində 6 mənzil ayrılacaq. Həmçinin Babək, Culfa və Şahbuz şəhərlərinin hər birində 3 mənzil, Kəngərli rayonunda isə 1 mənzil vətəndaşların istifadəsinə veriləcək.

Mənzillərin coğrafi bölgüsü muxtar respublikanın bütün inzibati ərazi vahidlərini əhatə edir. Bu addım sosial ədalət prinsipinin tam gözlənildiyini və diqqətin sadəcə mərkəzə yox, həm də bütün rayonlara yönəldildiyini sübut edir. Yeni tikilən və ya ayrılan mənzillər müasir tikinti standartlarına cavab verir və bütün lazımi kommunal şəraitlə təmin olunur. Eyni zamanda, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması çərçivəsində 2025-ci il 28 fevral tarixində imzalanmış Sərəncamla çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 546,7 min manat vəsait ayrılıb.

Beləliklə, Naxçıvanda həyata keçirilən bu genişmiqyaslı sosial tədbirlər dövlətin öz vətəndaşına olan dayaq və ehtiramının real təzahürüdür. Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur, onların ailələri və qazilərimiz isə dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunurlar.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!