12 Avqust 2026 15:17
189
İQTİSADİYYAT
A- A+
Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək


Yaxın gələcəkdə Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.

O bildirib ki, özəl sektorun inkişafına dövlətin dəstək verməsi çox vacibdir: “Özəl sektor iqtisadiyyatın elə bir sahəsidir ki, burada hər kəs bizneslə, istehsal prosesi ilə məşğul olmaq imkanı əldə edir. Dövlətin qayğısı ilə yaradılan istehsal və emal müəssisəsi yeni iş yerləri yaratmaqla yanaşı, iqtisadi hərəkətlənməyə səbəb olur. Naxçıvanda biznesin inkişafı üçün böyük potensial var. İstehsalçı yerli bazarın tələbini ödəməklə xarici bazarlara da çıxa bilər. Zəngəzur dəhlizi yerli istehsal mallarının ixracına imkan yaradacaq. Hər hansı bir istehsal müəssisəsi fəaliyyətə başlamaqla digər sahələri də hərəkətə gətirir. Malların daşınması və digər xidmətlər üçün nəqliyyat vasitələri lazım olur ki, bu da nəqliyyat sahəsinin, istehsal olunan malların satılması üçün yerli bazarda satış mərkəzlərinin yaradılması zərurətini meydana çıxır, bu da ticarət sahəsinin inkişafına və məşğulluğun artmasına gətirib çıxarır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin və islahatların məqsədi də elə bundan ibarətdir. Bu məqsədi reallaşdırmaq üçün Prezident Naxçıvana səfəri zamanı sənaye parkı və digər obyektlərin təməlini qoydu. Bu obyektlər muxtar respublikanın ixrac potensialının da formalaşması üçün münbit şərait yaradır. Naxçıvan iki böyük dövlətlə sərhədə malikdir. İş adamları və biznes təşkilatları bu ölkələrin - Türkiyə və İranın bazarını öyrənərək, tələb olunan kənd təsərrüfatı, sənaye və emal məhsulları istehsal edən müəssisələr qura bilərlər”.

“Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, istehsal olunan məhsulun keyfiyyətindən asılı olaraq, Naxçıvandan qlobal bazarlara da Zəngəzur dəhlizi vasitəsilə çıxış mümkündür. Əlaqələr inkişaf etdikcə, Avropa ilə muxtar respublika arasında idxal-ixrac əməliyyatları da aparıla bilər.

Naxçıvanın dünya iqtisadiyyatına inteqrasiyası üçün olduqca səmərəli sənədlər imzalanıb. Azərbaycan Prezidentinin imzaladığı Sərəncamlarla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” və “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu Tədbirlər Planı və Dövlət Proqramı təkcə yeni iş yerlərinin yaradılmasından ibarət deyil. Bunların həyata keçirilməsi muxtar respublikanın region dövlətləri və Avropaya çıxışını təmin edir. Zəngəzur dəhlizi çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq və muxtar respublika beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib

16:10
12 Avqust

Prezident Ərdoğan: Regionun problemləri regional aktorların özləri tərəfindən həll olunmalıdır

16:05
12 Avqust

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

16:00
12 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

15:57
12 Avqust

Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır

15:52
12 Avqust

Naxçıvanın uzunmüddətli inkişaf strategiyası: təhlükəsizlikdən dayanıqlı iqtisadiyyata və regional bağlantılara

15:49
12 Avqust

Naxçıvanın yeni inkişaf mərhələsində strateji hədəflər və regional imkanlar

15:47
12 Avqust

20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq

15:44
12 Avqust

Naxçıvanın inkişafına 258 milyon manat: İnvestisiya paketi nəyi dəyişəcək?

15:41
12 Avqust

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

15:33
12 Avqust

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!