12 Avqust 2026 16:00
123
İQTİSADİYYAT
A- A+
Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb


Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Mərkəz bu gündən etibarən vətəndaşlara xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin ümumi sahəsi, təxminən 3500 kvadratmetrdir. Burada gün ərzində 500-600 vətəndaşa xidmət göstəriləcək. Yüzdən çox əməkdaşın çalışdığı Mərkəzdə 50-yə yaxın könüllü “Könüllü DOST” proqramı çərçivəsində müxtəlif subproqramlar üzrə vətəndaşlara dəstək olacaqlar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, Mərkəzin binası müasir üslubda dizayn olunub. Burada Tibbi-Sosial Ekspertiza Komissiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin otağı da fəaliyyət göstərəcək. 15 istiqamət üzrə 164 xidmət göstəriləcək. Bu xidmətlər həm sosial müdafiə, həm məşğulluq, həm də əmək münasibətləri sahələrini əhatə edəcək.

Fərid Məmmədov Mərkəzin Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün xidmətlərə çıxışı daha da asanlaşdıracağını bildirib: “Biz DOST Agentliyi olaraq qeydiyyat prinsipi olmadan vətəndaşlarımıza xidmət göstəririk. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımıza, əsasən, elektron və onlayn formatda, eyni zamanda Çağrı Mərkəzi vasitəsilə xidmətlər göstərilirdi. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımız artıq bu gündən həmin xidmətləri burada, Regional DOST Mərkəzində ala biləcəklər. Bu, vətəndaşların xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək”.

Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri əmək və əhalinin sosial müdafiəsi sahəsində göstərilən xidmətləri əhatə edir. Bunlar əsasən, pensiya, müavinətlər, təqaüdlər, əmək münasibətləri, məşğulluq məsələləri və digər istiqamətlərdir. Agentlik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və hazırda 15 istiqamət üzrə 164 xidmət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

16:49
12 Avqust

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

16:41
12 Avqust

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

16:33
12 Avqust

Qələbədən yeni inkişaf coğrafiyasına: Naxçıvan Azərbaycanın strateji baxışında

16:29
12 Avqust

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq

16:25
12 Avqust

Salxab Məmmədov: Əcəmi Naxçıvaninin abidəsi 8-9 aylıq əməyin nəticəsidir

16:20
12 Avqust

Macarıstanın yeni Prezidenti and içib

16:15
12 Avqust

İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib

16:10
12 Avqust

Prezident Ərdoğan: Regionun problemləri regional aktorların özləri tərəfindən həll olunmalıdır

16:05
12 Avqust

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

16:00
12 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

15:57
12 Avqust

Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır

15:52
12 Avqust

Naxçıvanın uzunmüddətli inkişaf strategiyası: təhlükəsizlikdən dayanıqlı iqtisadiyyata və regional bağlantılara

15:49
12 Avqust

Naxçıvanın yeni inkişaf mərhələsində strateji hədəflər və regional imkanlar

15:47
12 Avqust

20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq

15:44
12 Avqust

Naxçıvanın inkişafına 258 milyon manat: İnvestisiya paketi nəyi dəyişəcək?

15:41
12 Avqust

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

15:33
12 Avqust

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!