12 Avqust 2026 15:44
1409
İQTİSADİYYAT
A- A+
20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq

20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq


Su təhlükəsizliyinin təminatı muxtar respublikada kənd təsərrüfatı üzrə hədəflərə çatmağa imkan verəcək


Bu ilin may ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikası ilə  bağlı əsas hədəf və pilot layihələrin də özünəməxsus yeri var. Bunlar müəyyən edilərkən Naxçıvanın təbii-iqlim şəraiti və resurs potensialı xüsusi nəzərə alınıb.

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan televiziyasına verdiyi müsahibədə  sözügedən sənəddə Naxçıvana aid xüsusi bir hissə olduğunu bir daha qeyd etmişdir. Bəs, muxtar respublikada aqrar sahənin inkişafının əsas istiqamətləri və pilot layihələr nədən ibarətdir? Bunlardan biri model kooperativin yaradılmasıdır. Belə ki, dövlət dəstəyi ilə Naxçıvanda pilot olaraq bir model kənd təsərrüfatı kooperativinin yaradılması və fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur.

İstehsal və emal sahələrində də hədəflər var. Burada süd, ət istehsalı və qoyunçuluq kimi sahələrdə regional inkişaf prioritetlərinə uyğun olaraq dəyər zəncirinin gücləndirilməsi planlaşdırılır.

Eləcə də modernləşmə və texnologiya diqqət mərkəzindədir. Başqa sözlə, Naxçıvan MR-in aqrar sektorunda müasir texnologiyaların və süni intellekt əsaslı rəqəmsal həllərin tətbiqi imkanları genişləndirilir.

Xüsusi diqqət yetirilən istiqamətlərdən biri də su təminatıdır. Odur ki, Dövlət Proqramının icra mexanizmlərinə kənd təsərrüfatı təyinatlı təsərrüfatların su təchizatının yaxşılaşdırılması tədbirləri də daxil edilib. 

“Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq”,- deyə dövlətimizin başçısı bildirib.

Göründüyü kimi, Naxçıvanda su təhlükəsizliyi üzrə genişmiqyaslı proqram həyata keçiriləcək. Belə ki, ərazinin təbii-coğrafi xüsusiyyətləri nəzərə alınmaqla su təhlükəsizliyinin təmin edilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və müasir suvarma infrastrukturunun yaradılması muxtar respublikanın uzunmüddətli inkişaf gündəliyinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə işlər ayrıca təsdiq edilən su təsərrüfatına aid tədbirlər planları ilə əlaqəli şəkildө görüləcək.

Xatırladaq ki, bu il fevralın 21-də imzalanmış sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Fevralın 24-də imzalanmış digər sərəncamla isə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər müəyyən olunub.

Qəbul edilmiş qərarlara əsasən, muxtar respublikanın su təsərrüfatı genişmiqyaslı şəkildə yenilənəcək. Həyata keçiriləcək tədbirlər çərçivəsində 41 nasos stansiyası və təzyiqli boru xətləri əsaslı təmir olunacaq, 20 kanal yenidən qurulacaq. Bundan başqa, Salvartı su anbarının bərpası, Heydər Əliyev adına Su Anbarında əsaslı təmir işlərinin aparılması, eləcə də yeni suvarma infrastrukturunun yaradılması planlaşdırılır.

Görüləcək işlərin həcmi rəqəmlərdən də bəlli olur. Belə ki, suvarma imkanlarının genişləndirilməsi məqsədi ilə 8 563 metr özaxınlı boru xəttinin inşası, 2 200 hektar ərazidə qapalı suvarma sisteminin, 5 600 hektarda isə kollektor-drenaj şəbəkəsinin yaradılması nəzərdə tutulur. Kollektor-drenaj şəbəkəsinin 2 200 hektarı Kəngərli, 3 400 hektarı Şərur rayonlarını əhatə edəcək, Naxçıvan şəhəri üzrə müvafiq göstəricilər isə layihələndirmənin nəticələrinə əsasən müəyyənləşdiriləcək.

 Sudan söz düşmüşkən onu da qeyd edək ki, adıçəkilən proqramın mühüm istiqamətlərindən biri də əhalinin dayanıqlı və keyfiyyətli içməli su təminatının gücləndirilməsidir. Bu məqsədlə Sədərək və Kəngərli rayonlarının mərkəzlərində və bir sıra yaşayış məntəqələrində su təchizatı və kanalizasiya şəbəkələrinin inşası, Ordubad şəhərinin içməli sutəmizləyici qurğusunun əsaslı təmiri və Babək şəhərində yeni içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulub.

 Əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək mühüm tədbirlərdən biri kimi subartezian quyusunun qazılması müəyyənləşdirilib. 38 yaşayış məntəqəsində 40  belə quyunun qazılması planlaşdırılıb.

 Beləliklə, 2026-2030-cu illəri əhatə edən tədbirlər yalnız ayrı-ayrı su təsərrüfatı obyektlərinin bərpasını deyil, su mənbəyindən istehlakçıya qədər bütöv su idarəetmə zəncirinin yenilənməsini hədəfləyir. Nasos stansiyalarının və magistral su infrastrukturlarının bərpası, kanalların yenidən qurulması, müasir suvarma sistemlərinin yaradılması, sutəmizləyici qurğuların yenilənməsi və yaşayış məntəqələrinin içməli su və kanalizasiya şəbəkələri ilə təmin edilməsi Naxçıvanda su təhlükəsizliyinin uzunmüddətli əsaslarının formalaşdırılmasına, kənd təsərrüfatının dayanıqlı inkişafına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Su təhlükəsizliyinin gücləndirilməsi muxtar respublikanın zəngin kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına, aqrar sektorun modernləşdirilməsinə və müasir istehsal modellərinin tətbiqi istiqamətində  strateji hədəflərə çatmağa dəstək verəcək.

 

Flora  SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

17:41
22 Sentyabr

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

17:27
22 Sentyabr

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

17:13
22 Sentyabr

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

17:13
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!