12 Avqust 2026 14:35
389
SİYASƏT
A- A+
Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 


Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın inkişafına dövlət dəstəyinin genişləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin icrasının sürətləndirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusiflinin şərhində yer alıb.

O bildirib ki, Sərəncam çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası energetika, avtomobil yolları, ictimai nəqliyyat, təhsil infrastrukturu, şəhər və rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və istilik təchizatının müasirləşdirilməsi istiqamətində əlavə imkanlar yaradır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması Naxçıvanın iqtisadi potensialının daha səmərəli istifadəsinə, investisiya və biznes fəallığının artmasına, əhalinin rifahının yüksəldilməsinə və muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafının sürətləndirilməsinə mühüm töhfə verəcək.

“Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sənaye, energetika, nəqliyyat-logistika, sosial təminat, şəhərsalma, turizm və mədəni irsin qorunması sahələrini əhatə edən mühüm layihələr təqdim olunub, eləcə də ölkənin sosial-iqtisadi inkişafında fundamental əhəmiyyət kəsb edən bir sıra obyektlərin təməli qoyulub. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. “Şəms 1” stansiyasının tam istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına ekvivalent həcmdə istehsalın yaradılması, təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaət edilməsi nəzərdə tutulur”, - deyə İİTKM-in sektor müdiri qeyd edib.

O deyib ki, Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafı regionun enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracına imkan yaratmaqla Azərbaycan-Türkiyə-Avropa enerji bağlantısının formalaşdırılması istiqamətində Naxçıvanı regional enerji tranzitinin mühüm elementinə çevirə bilər. Enerji təhlükəsizliyinin digər mühüm tərəfi İğdır-Naxçıvan qaz kəməridir. 2025-ci ildə istifadəyə verilmiş kəmər Naxçıvanın qazla təminat mənbələrinin şaxələndirilməsinə və enerji təchizatının dayanıqlığının yüksəldilməsinə xidmət edir.

Elşən Yusifli bildirib ki, Naxçıvan Sənaye Parkının yaradılması isə regionda iqtisadiyyatın istehsal və emal yönümlü strukturunun gücləndirilməsi, yeni investisiyaların və texnologiyaların cəlb edilməsi, yerli xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, ixracın və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İnvestisiya təşviqi və digər dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi emal sənayesinə sahibkar marağının artmasına əlavə stimul yaradır. Eyni zamanda, Sənaye Parkında tikintisi nəzərdə tutulan 300 MVt gücündə istilik elektrik stansiyası həm Naxçıvanın artan enerji tələbatının uzunmüddətli təmin olunmasına, həm də gələcək ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.

“Naxçıvanın 194,2 km-lik dəmir yolu infrastrukturunun yenilənməsi çərçivəsində 10 stansiya və 3 sərnişin platforması yenidən qurulur. Zəngəzur dəhlizi üzrə layihələr yekunlaşdıqdan sonra xəttin illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Elşən Yusiflinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm logistika qovşağına çevirəcək. Bu bağlantı Azərbaycanın əsas hissəsi və Türkiyə dəmir yolu şəbəkəsi ilə birbaşa inteqrasiyanı təmin edəcək, logistika xərclərini azaldacaq və yeni biznes sahələrinin formalaşmasını sürətləndirəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər, Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Eyni zamanda, Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməli qoyulub. İİTKM-in sektor müdiri bildirib ki, regionun sosial, turizm və mədəniyyət infrastrukturunun gücləndirilməsi istiqamətində icra olunan bu layihələr Naxçıvanda əhalinin əmək, məşğulluq, pensiya, sosial təminat və digər xidmətlərə çıxış imkanlarını genişləndirərək dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsinə, sosial rifahın gücləndirilməsinə, habelə tarixi və mədəni irsin qorunması ilə regionun turizm imkanlarının genişləndirilməsinə, eləcə də əhalinin mənzil əlçatanlığının yaxşılaşdırılmasına, şəhərin yaşayış fondunun yenilənməsinə və sosial infrastrukturun inkişafına xidmət edir. “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” isə yaşayış keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, şəhərin turizm və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir”, - deyə o əlavə edib.

Elşən Yusiflinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, ölkə iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsinə və muxtar respublikanın istehsal, yaşıl enerji, logistika, ticarət və turizm mərkəzi kimi mövqeyinin güclənməsinə imkan yaradır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, müasir infrastrukturun qurulması, iqtisadi potensialın səmərəli şəkildə reallaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahının yüksəldilməsi Dövlət Proqramına uyğun olaraq uğurla həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

15:33
12 Avqust

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir

14:53
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!