16 Yanvar 2026 08:30
399
İQTİSADİYYAT
A- A+
Qadın sahibkarlara dəstək davam edir

Qadın sahibkarlara dəstək davam edir


Bu gün Azərbaycan iqtisadiyyatında qadın sahibkarlığı kiçik və orta biznesin  dinamik inkişafda olan hissəsini təşkil edir. Qadın sahibkarlığının fəaliyyəti getdikcə artır.

Statistika göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri sırasında qadınların sayı daha çoxdur. İri sahibkarlıq sahələrində onların  təmsilçiliyi hələ ki, bir qədər  məhdud xarakter daşıyır. Buna görə də  əsas  məsələlərdən biri qadınların iri biznes strukturlarında iştirakının genişləndirilməsi, eləcə də sahibkarlığın müxtəlif seqmentlərində onların rolunun artırılmasıdır. Bu istiqamətdə həm iqtisadi təşviq mexanizmlərinin, həm də sosial dəstək tədbirlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Hazırda qadın sahibkarlar üçün xüsusi proqramlar mövcuddur. Həmin proqramlar çərçivəsində güzəştli kreditlərin verilməsi, aşağı faizli maliyyə resurslarına çıxış imkanlarının yaradılması əsas dəstək alətləri kimi çıxış edir. Bu maliyyə mexanizmləri qadın sahibkarların biznes fəaliyyətinin genişləndirilməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır.

Milli Məclisin deputatı Vüqar Bayramov qadınların iqtisadi fəallığının artırılmasında və onların sahibkarlıq mühitinə daha fəal şəkildə cəlb olunmasında bu təşəbbüslərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayır: "Görülən tədbirlər nəticəsində qadın sahibkarlığının institusional bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Gözləntilər ondan ibarətdir ki, növbəti mərhələlərdə mikro, kiçik və orta sahibkarlıq sahələrində qadınların payı daha da artacaq, eyni zamanda iri biznes strukturlarında da qadınların təmsilçiliyi genişlənəcək. Bu proses ümumilikdə ölkənin iqtisadi inkişafına, sosial bərabərliyin təmin olunmasına və inklüziv iqtisadi mühitin formalaşmasına töhfə verəcək".

Ölkəmizdə fərdi sahibkarların 23 faizindən çoxunu qadınlar təşkil edir. Bu rəqəmlə biz dünyada həmin sahədəki göstəriciyə yaxınlaşmışıq. Ümumilikdə, o nəticəyə gəlinir ki, Azərbaycan qadınlarının sahibkarlıq potensialı yüksəkdir, lakin bu potensialın tam gerçəkləşməsi üçün institusional dəstək, maliyyə imkanları və sosial şəraitin daha da yaxşılaşdırılması tələb olunur. Və bu dəstək göstərilir  də!  "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu dəstək çərçivəsində gerçəkləşən tədbirlərdən biridir. Layihə 2024-cü ildən start götürüb. Burada əsas məqsəd qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihədə müxtəlif sektorların nümayəndələri olan qadın sahibkar iştirak edirlər. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil olunur.

Keçən ilin yanvarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Marsol Group" və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi ikinci dəfə başlanıb və mart  ayında yekunlaşıb. 

Yekunda "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsinin məqsədi bir daha vurğulanıb. Layihədə müxtəlif sektorlardan olan 70-dən çox qadın sahibkarın iştirak etdiyi bildirilib. Layihə çərçivəsində onların biznes bacarıqlarının artırılması üçün idarəetmə, satış, netvörkinq kimi mövzularda təlimlər keçirilib. Ofis və istehsalat ziyarətləri layihə iştirakçılarına yeni biznes əlaqələri qurmağa, istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaqda imkan yaradıb. Sahibkarlara dəstək göstərən müxtəlif qurumların nümayəndələri ilə təşkil olunmuş işgüzar görüşlərdə qadın sahibkarlar biznes üçün imkanlar, dövlət dəstəyi tədbirləri barədə ətraflı məlumat əldə ediblər. Layihə çərçivəsində müxtəlif növ sosial fəaliyyətlər də təşkil olunub. İşgüzar görüş və təlimlərdə fərqlənən qadın sahibkarlara sertifikatlar və hədiyyələr təqdim edilib. 

Budur, KOBİA, "Marsol Group"un və İCMA-nın birgə təşkilatçılığı ilə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsinə yenidən start verildi. "Bakı KOB evi"ndə keçirilən tədbirdə  iştirakçılara  ölkəmizdə qadın sahibkarlığının inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat verildi. Bir daha qeyd edildi ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. 

Builki layihəyə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar qatılacaq. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master-klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil olunacaq.

Layihə bu dəfə də mart ayında yekunlaşacaq. "Kapital Bank", "Məlhəm Beynəlxalq Hospital", "Corian Baku", "Ətirşah Parfüm", "Gizli Bahçe" restoranı və "Moon Group" layihə ilə  tərəfdaşlıq edir və ona dəstək göstərirlər.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!