11 Sentyabr 2024 17:06
510
DÜNYA
A- A+
Patriarx Kirill: Azərbaycan nümunəvi dövlətdir 

Patriarx Kirill: Azərbaycan nümunəvi dövlətdir 

 

Azərbaycan nümunəvi dövlətdir. Bu sözləri Moskva və bütün Rusiyanın Patriarxı Kirill X Sankt-Peterburq Beynəlxalq Mədəniyyətlərin Vəhdəti Forumunda “XXI əsr mədəniyyəti. Suverenlik və ya qloballaşma” mövzusunda mühazirəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan, ilk növbədə, sizin Prezidentinizlə səmimi, mehriban dostluq münasibəti zəminində mənim çox bağlı olduğum ölkədir. Onunla tanış olduğumuz və ünsiyyət qurduğumuz vaxt bizim dünyagörüşümüzdə, tarixə yanaşmamızda, hazırda baş verənlərlə bağlı mövqeyimizdə çoxlu bənzərliyin olduğunu gördük. Ona görə də sizin Prezidentiniz və onun ailəsi ilə dünyanın heç bir dövlət başçısı ilə olmayan səviyyədə dostluğumuz var. Məsələnin mahiyyəti bundan ibarətdir", - deyə o bildirib. O həmçinin Azərbaycanın müasir dövlət olduğunu vurğulayıb.
"Demək olar ki, çoxkonfessiyalı ölkədir. Azərbaycanda, ilk növbədə, müsəlman icması üstünlük təşkil edir, amma pravoslav icması da mövcuddur. Burada heç bir dinlərarası münaqişə yoxdur. Dövlət bu münasibətləri tənzimləmək üzrə öz üzərinə çox gözəl missiya götürüb, bu əsnada tam qarşılıqlı fəaliyyət göstərmək, hər hansı münaqişə və ya anlaşılmazlığı istisna etmək üçün dini icmaların daxili işlərinə müdaxilə edilmir. Hesab edirəm ki, Azərbaycan bu sahədə nümunəvi dövlətdir. Bu ölkədə iki güclü icma, ilk növbədə, çoxsaylı müsəlman və həm də pravoslav icmaları var. Bu iki real ictimai gücün qarşılıqlı fəaliyyəti ahəngdardır. Belə əla Prezidentiniz olduğuna görə də sizi ancaq təbrik edə bilərəm. Mən, həmçinin sevinirəm ki, sizin Prezidentinizlə bizim dövlət başçımız arasında çox yaxın şəxsi münasibətlər mövcuddur. Demək ki, xalqlarımız arasında dostluq münasibətləri də bu əsasda möhkəmlənir", - deyə Patriarx Kirill əlavə edib.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!