Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
"Paşinyanın Fransaya son səfəri Azərbaycan-Ermənistan arasında hökm sürən pozitiv mühiti dağıtdı. İrəvan ötən il yol verdiyi səhvi təkrarladı, sülh prosesində irəliləyişi bu dəfə məhz Makronun təhriki və təkidi ilə pozdu".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan zəfərdən sonra, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edib: "Eyni zamanda Bakı beynəlxalq hüququn, eləcə də ordumuzun imkanlarına əsaslanan gücün hüququ və müvafiq məcburetmə tədbirləri ilə ötən dövr ərzində Moskva, Brüssel və Vaşinqton platformalarında müəyyən ritorik irəliləyişlərə nail olmuşdu. Məsələn, 2019-cu ildə "Qarabağ Ermənistandır, nöqtə" deyən Nikol Paşinyan, 2022-ci ilin oktyabrında, Praqada dialoqun növbəti mərhələsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ötən ilin mayında isə Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə göstərdi. Təbii ki, bu situasiya Ermənistanın beynəlxalq hüququn prinsiplərinə hörmətinin ifadəsi deyil, Paşinyan sadəcə İlham Əliyevin formalaşdırdığı geosiyasi konfiqurasiyaya tabe olmaq məcburiyyətində qaldı. Lakin 2023-cü ilin sentyabrına qədərki dövrə diqqət etdikdə, əslində, İrəvanın yenidən özünün 30 illik ənənəvi metoduna geri döndüyü, danışıqları uzatmaqla Qarabağda o zaman mövcud olan separatçı rejimin leqallaşdırılmasına yönəlik vaxt qazanmağa çalışdığını aydın formada sezmək olurdu. Nəticədə Azərbaycan antiterror tədbirləri ilə bu gedişata son qoydu. Ermənistan rəhbərliyi də başa düşdü ki, Fransa və bu kimi digər havadarların dəstəyi "Tir şousu"ndan o yana keçə bilmir. Nəticədə üç il ərzində ikinci kapitulyasiyaya dolayısı ilə imza atmalı olan İrəvan vəziyyətin ciddiliyinin fərqinə vardı. 2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində də ifadə olunduğu kimi, "Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".
Deputatın sözlərinə görə, antiterror tədbirlərinin ardınca sülh üçün geniş imkanlar açıldı: "Hətta Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatının birgə bəyanatları fonunda, habelə COP çərçivəsində qarşılıqlı xoş niyyət ifadə olundu, təqribən 4 ay müddətində Azərbaycan Ermənistan şərti sərhədlərində faktiki sülh hökm sürdü. Düzdür, son zamanlar təxribatlar fonunda münasibətlərdə yenidən gərginləşmə müşahidə olunsa da, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün ardınca xarici işlər nazirlərinə verilən təlimatlar fonunda yenidən sülh ümidləri yaranmağa başlamışdı. Lakin Ermənistan baş nazirinin Fransaya son səfəri zamanı davranışı və açıqlamaları Münxendə əldə olunmuş pozitiv siqnallar və irəliləyişə zərbədir".
Bəhruz Məhərrəmovun sözlərinə görə, buradan hər kəsə bəlli olan situasiya bir daha ondan xəbər verir ki, Cənubi Qafqazda dayanıqlı sülhün, xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında ən əsas əngəl Fransadır. Baxmayaraq ki, Fransa BMT idarəçilərindən biri, Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva olunan məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin əməkdaşlığı prinsipinin təmin olunmasında qlobal öhdəlik daşıyır. Lakin bu gün Fransa faktiki olaraq beynəlxalq hüquq prinsiplərini, BMT Nizamnaməsini və bütövlükdə ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək, irticaçı subyekt kimi çıxış edir. Həmçinin revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir.
"Emmanuel Makronun yenidən fəallaşması təsadüfi deyil. Məlumdur ki, daha öncə Brüssel formatı üzrə müəyyən irəliləyişə nail olunarkən, Fransa pozuculuq nümayiş etdirərək sülh prosesinə mane olmuşdu. Daha sonra Qranada görüşündə məhz Paris prosesin davamlılığı üçün ikrah doğuran və diplomatik etikaya sığışmayan formada davranmaqla Brüssel prosesinə ciddi zərbə vurmuşdu. Avropa İttifaqının qanunsuz müşahidə missiyası sayəsində son şərti sərhəd təxribatlarından sonra da Fransanın arzu etdiyi situasiyanın Münxendə pozulması Makronu yenidən hərəkətə keçirdi. Münxendəki irəliləyişdən çox narahat olan Fransanın kolonist diktatoru, yaxın dövrlərə qədər Azərbaycan əleyhinə onunla müttəfiqlik etmiş Almaniya kansleri Olaf Şoltsun indi onu kənarda buraxıb özü sülh prosesi istiqamətində təşəbbüs göstərməsini həzm etmək istəmir. Çünki Fransanın məqsədi regionda vəziyyəti gərginləşdirmək, Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına nail olmaqdır. Son nəticədə əsas məqsəd Parisin regionda hərbi varlığına nail olmaq, Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Yəni ortada heç də Makronun iddia etdiyi kimi erməni maraqları yoxdur", - deyə müsahibimiz qeyd edib.
Deputat onu da bildirib ki, Fransa hakimiyyəti kifayət qədər azğın və radikaldır: "Makron əvvəllər daha qapalı tezislərlə çıxış etdiyi halda, indi artıq beynəlxalq ictimaiyyət qarşısında erməni revanşistlərinə açıq dəstək verməkdən və onları təcavüzkar niyyətlərə təşviq etməkdən çəkinmir. Bu isə ümumbəşəri dəyərləri hədəf alan və qlobal təhlükəsizlik üçün təhdid əxz edən mövqedir. Paris Afrika, Asiya və Okeaniyada müstəmləkə siyasətinin ardınca Cənubi Qafqazda da sülh əleyhinə cinayətlərin təhrikçisi və təşkilatçısı kimi çıxış edir. Lakin unudulmamalıdır ki, Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişə bilməz. Paris Azərbaycanın hərbi imkanlarını hələ də tam dərk etmir, amma Azərbaycanın cəmi bir gündə ermənilərin 30 il qurduğu istehkamları məhv etməsini, Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etməsi faktlarını unutmamalıdır. Eyni zamanda Ermənistan rəsmiləri də yadda saxlamalıdırlar ki, sülh prosesi Bakıdan çox İrəvana lazımdır. Prezident İlham Əliyevin təbiri ilə desək, "indi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
ABŞ administrasiyası miqrantlarla bağlı qərarını verdi
Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb
Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb
Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır
Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək
Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil
Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub
Ötən gün 32 cinayətin üstü açılıb
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib
Zərdabda narkokuryer saxlanılıb
Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar
Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
Ermənistanda gərginlik artır
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub
Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
Mənim Musa müəllimim
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!