14 İyul 2026 10:54
110
SİYASƏT
A- A+
Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” YENİLƏNİB

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” YENİLƏNİB

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini panel sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yollarını araşdırmaq üçün platformadır. Çünki hazırda informasiya və dezinformasiya çox sürətlə yayılır. Etimad isə çox vaxt və mütəmadi olaraq geridə qalır. Süni intellekt jurnalistikanı yenidən formalaşdırır.

"Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib. Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Daha sonra “AnewZ” televiziya kanalının aparıcısı Nadia Qyanenin moderatorluğu ilə "Media obyektivində sülh quruculuğu və ictimai diskurs" adlı panel müzakirəsi olub.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş çıxışında rəqəmsal platformaların fəaliyyətində daha yüksək şəffaflığın təmin olunmasının vacib olduğunu deyib. O bildirib ki, medianın əsas missiyası cəmiyyətə dünyanı peşəkar jurnalist prizmasından təqdim etmək, həqiqəti dəqiqləşdirilmiş və məsuliyyətli şəkildə çatdırmaqdır.

Lətifə Axarbaş, sülhün qorunmasında media tənzimləyici qurumlarının və rəqəmsal platformaların məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib: "Beynəlxalq ictimaiyyət olaraq əsas vəzifəmiz hər bir ölkənin öz tarixi, mədəniyyəti və institutlarına uyğun şəkildə sülhün möhkəmlənməsinə, birgəyaşayış mədəniyyətinin təşviqinə xidmət edən dayanıqlı media və mədəniyyət ekosistemi formalaşdırmasına dəstək verməkdir".

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov diqqətə çatdırıb ki, dezinformasiya genişmiqyaslı sabitliyi pozan informasiya mühiti yarada bilər. Bu baxımdan, onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Qazaxıstanda bu sahə təkcə qanunvericiliklə tənzimlənmir, eyni zamanda, bütün onlayn platformalara süni intellekt vasitəsilə yaradılmış məzmunun mütləq şəkildə işarələnməsi tövsiyə edilir.

"Süni intellektlə hazırlanmış bütün xəbər və digər məzmunlar xüsusi qeyd olunmalıdır ki, istifadəçilər onların təbii yolla hazırlanıb-hazırlanmadığını aydın şəkildə müəyyən edə bilsinlər. Bu, həm qanunvericilik, həm də tənzimləyici qurumlarla iri rəqəmsal platformalar arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir", - deyə o vurğulayıb.

Daha sonra “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar” mövzusunda təkbətək formatlı müzakirə keçirilib.

“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Qay Şounun moderatorluğu ilə təşkil olunan müzakirədə Londonda fəaliyyət göstərən “Atticus Partners” strateji kommunikasiya agentliyinin təsisçisi Leon Kuk dezinformasiyanın müasir informasiya məkanına təsiri, peşəkar medianın cəmiyyət qarşısındakı məsuliyyəti və xəbərlərin yoxlanılması mexanizmlərinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, rəqəmsal platformaların sürətli inkişafı fonunda etibarlı informasiyanın qorunması üçün redaksiya standartlarına sadiqlik hər zamankından daha vacibdir.

Leon Kuk bildirib ki, peşəkar mediaya etimadın əsas səbəbi xəbərlərin redaksiya nəzarətindən keçməsi, faktların bir neçə mərhələdə yoxlanılması və yalnız bundan sonra ictimaiyyətə təqdim edilməsidir. Onun sözlərinə görə, redaksiya məsuliyyəti, faktların dəqiqləşdirilməsi və etik jurnalistika prinsiplərinə riayət olunması dezinformasiyaya qarşı mübarizənin ən təsirli vasitələrindəndir.

Qeyd edək ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.


09:40


İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Forum panel sessiyalarla işini davam etdirir.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan AŞPA-nı tərk edərsə, bu təşkilatın nüfuzuna zərbə olacaq  

11:54
14 İyul

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” YENİLƏNİB

10:54
14 İyul

Heydər Əliyev siyasi kursunun təntənəsi

10:47
14 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb

10:41
14 İyul

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi  

10:28
14 İyul

Kanat İskakov: Dezinformasiyaya qarşı onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

10:27
14 İyul

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

10:16
14 İyul

Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

10:13
14 İyul

Prezidentin köməkçisi: Cəmiyyət innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır

10:09
14 İyul

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub 

10:07
14 İyul

Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 

09:47
14 İyul

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

09:36
14 İyul

İordaniya mediası Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb  

08:55
14 İyul

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!