14 İyul 2026 11:54
185
SİYASƏT
A- A+
Azərbaycan AŞPA-nı tərk edərsə, bu təşkilatın nüfuzuna zərbə olacaq  

Azərbaycan AŞPA-nı tərk edərsə, bu təşkilatın nüfuzuna zərbə olacaq  

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası Parlament Assambleyası da (AŞPA) erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin əlində alət olduğu üçün Avropa dəyərlərini tapdalayır. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, ötən ay AŞPA-nın sessiyasında qəbul olunmuş növbəti qərəzli qətnamə də təşkilatın ölkəmizə qarşı “ənənəvi” mövqeyinin göstəricisi oldu. Demokratiya, insan haqları, söz azadlığı, “siyasi məhbus” və s. kimi məsələlər təşkilatın Azərbaycana qarşı “ənənəvi” təzyiq vasitəsdir. Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. AŞPA Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.

Millət vəkilinin fikrincə, AŞPA islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən deputat Frank Şvabe irəli sürmüşdü. Frank Şvabe təşəbbüsü irəli sürərkən Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən çox “narahat” görünürdü. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb.

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini tənqid edərək, 2023-cü ildə ölkənin öz suveren hüquqlarını həyata keçirdikdən sonra qəbul edilən qərarların siyasi xarakter daşıdığını vurğulayıb. Bu yanaşma təşkilatın obyektivliyi və ədalət prinsipləri ilə bağlı ciddi suallar doğurur. Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcəyini yenidən qiymətləndirir və təşkilatdan tam çıxmaq ehtimalını nəzərdən keçirir.

“Hazırda AŞPA Avropa dəyərlərinin daşıyıcısı olan platformadan daha çox müəyyən xarici dairələrin əlində alət olan islamafob və türkəfob bir struktura çevrilib. Beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə beynəlxalq hüquq normaları əsasında deyil, sifarişlər əsasında sənədlər qəbul edən AŞPA-nın Avropa məkanında nüfuzu aşağı səviyyədədir. Təşkilat müxtəlif ölkələrə münasibətdə obyektiv yox, ikili standartlar və qərəz mövqeyindən çıxış edir. Belə olan halda, AŞPA heç bir halda Avropa cəmiyyətinin etimadını qazana bilməz. Bu mənada, Azərbaycan ictimaiyyəti də təşkilatın ölkəmizlə bağlı qərəzli sənədlərini rədd edir. Digər tərəfdən, bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Əgər Azərbaycan AŞPA-nı tərk edərsə, bu dövlətimizin deyil, həmin təşkilatın nüfuzuna zərbə olacaq. Çünki təşkilat bununla Cənubi Qafqazın liderini, Avropa İttifaqının strateji tərəfdaşını itirəcək”,-deyə deputat vurğulayıb.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib

14:00
14 İyul

Azərbaycan AŞPA-nı tərk edərsə, bu təşkilatın nüfuzuna zərbə olacaq  

11:54
14 İyul

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” YENİLƏNİB

10:54
14 İyul

Heydər Əliyev siyasi kursunun təntənəsi

10:47
14 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb

10:41
14 İyul

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi  

10:28
14 İyul

Kanat İskakov: Dezinformasiyaya qarşı onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

10:27
14 İyul

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

10:16
14 İyul

Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

10:13
14 İyul

Prezidentin köməkçisi: Cəmiyyət innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır

10:09
14 İyul

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub 

10:07
14 İyul

Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 

09:47
14 İyul

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

09:36
14 İyul

İordaniya mediası Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb  

08:55
14 İyul

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!