14 İyul 2026 08:25
590
SİYASƏT
A- A+
Qüdrətli Azərbaycan dövlətinin qurucusu

Qüdrətli Azərbaycan dövlətinin qurucusu


Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycanda  Heydər Əliyev dövrünün müstəsna yeri vardır. 57 il bundan əvvəl, yəni  1969-cu il 14 iyul tarixindən  başlanan  bu mərhələ   müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. 

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra hər bir azərbaycanlının qəlbində və düşüncəsində yaşamaqda davam edən milli dövlətçilik ideyasını ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən ardıcıl siyasəti ilə yenidən dirçəltmiş, əsrin sonlarına doğru isə böyük fədakarlıqlar hesabına müstəqil, müasir Azərbaycan dövlətini quraraq onun sarsılmazlığını, demokratik inkişafını, müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etmişdir.

Heydər Əliyevin fəaliyyətinin əsasında bir amal dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın". Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli dəyərlərimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Dahi şəxsiyyət bu məsələyə çox həssaslıqla yanaşırdı, həqiqətən də keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Sovet ideologiyasının olmasına baxmayaraq, ölkəmizin tanınmış ziyalılarının ev-muzeylərini yaradır, onlara heykəllər qoyur, yaradıcılıq gecələri keçirir, milli düşüncənin və məfkurənin inkişafına töhfə verən insanları himayə edir, gəncləri həvəsləndirirdi. 

Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Heydər Əliyevin müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində çarpışan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, respublikada güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində, Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi.

Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılır. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və digər bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. 

Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılmasında və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu məktəbin yaradılması gələcəyə hesablanmış bir siyasi addım idi. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun formalaşmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. I və II Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu bu liseyin yetirmələridir. Ulu Öndər hər zaman deyirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək ordumuzu modernləşdirdi, döyüş imklanlarının artmasını təmin etdi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində öz canı, qanı hesabına torpaqlarımızı erməni işğalından azad etdi. Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 

Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq  konvensiyalardan biri "Uşaq hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında"dır.   Bu sənədlər milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdir. Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına xüsusi önəm verirdi. Ulu Öndərin qadın qurultaylarında etdiyi çıxışlar, səmimi fikirləri, arzuları onları daha da ruhlandırır, fəal olmağa həvəsləndirirdi. Azərbaycan gender bərabərliyi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, qızlarımız üçün təkcə respublikada deyil, həm də xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da  dövlətimizin inkişafına  öz  müsbət töhfəsini  verir.

İnsan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri  yerinə yetirməklə Ulu Öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar  kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm" deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun almış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Dünyanın ən tanınmış siyasətçiləri, dövlət başçıları dəfələrlə görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valeh olduqlarını bildiriblər. Onlar Ulu Öndərin müdrikliyini və qətiyyətini yüksək qiymətləndiriblər. Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görə bilərik. Ümummilli Liderin formalaşdırdığı əsaslar Prezident İlham Əliyevin rəhbərliyi  ilə  daha da gücləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir,  insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənir. Bütün sosial təbəqələrin müdafiəsinin gücləndirilməsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən biri kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya reytinqlərində ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Qarşıda isə yeni hədəflər dayanır.

Beləliklə, 57 il əvvəl başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparmaqdadır. Biz hər birimiz fəxr edirik ki, bu gün  onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva layiqincə davam etdirirlər.  Onların bu  fəaliyyəti   Heydər  Əliyev  ənənələrinə,  irsinə  sədaqəti  bir  daha  təsdiqləyir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Bütün  ömrünü  Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin "Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!" fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalıdır. 


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!