14 İyul 2026 08:35
385
SİYASƏT
A- A+
Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət


Xalqın və dövlətçiliyimizin tarixi ilə bağlı əlamətdar günlər xalqımız üçün hər zaman əzizdir. 14 iyul da məhz belə tarixlərdən biridir. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbər seçildi və bununla da respublikamızın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu.

Heydər Əliyev Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu dövrdə müxtəlif məsul vəzifələrdə çalışmış, təhlükəsizlik orqanlarında general-mayor rütbəsinə qədər yüksəlmişdi. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dönüş yaratdı. Həmin dövrdə Azərbaycan iqtisadi və sosial göstəricilərinə görə ittifaq respublikaları arasında çox geri qalırdı. Zəngin təbii sərvətlərə və böyük iqtisadi potensiala malik olmasına baxmayaraq, respublikanın inkişaf tempi qənaətbəxş deyildi.

Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət qısa müddət ərzində Azərbaycanda dinamik inkişafın əsasını qoydu. Onun rəhbərliyi ilə Azərbaycan SSRİ-nin ən qabaqcıl və inkişaf etmiş respublikalarından birinə çevrildi. Sənayenin müxtəlif sahələri sürətlə inkişaf etdirildi, yeni istehsal müəssisələri yaradıldı, əhalinin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyevin təşəbbüsü ilə Bakı və respublikanın digər şəhərlərində onlarca iri sənaye müəssisəsi istifadəyə verildi. "Ozon" zavodu, Elektron Hesablayıcı Maşınlar zavodu, Məişət Kondisionerləri Zavodu, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı Fabriki, Gəncə Əlvan Metallar Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli-Bayramlı Məişət Cihazları Zavodu və digər istehsal müəssisələri həmin dövrdə yaradılaraq Azərbaycanın sənaye potensialının gücləndirilməsində mühüm rol oynadı.

Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə də xüsusi önəm verirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər xalqın milli özünüdərkinin güclənməsinə xidmət edirdi. Ötən əsrin 70-ci illərində Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və digər görkəmli şəxsiyyətlərin abidələri ucaldıldı. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında mühüm qərar qəbul edildi, Xurşidbanu Natəvanın abidəsi qoyuldu, Molla Pənah Vaqifin məqbərəsi inşa edildi. Bütün bunlar milli-mənəvi irsə verilən yüksək dəyərin və xalqın tarixi yaddaşına ehtiramın bariz nümunəsi idi.

Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmışdı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit olundu. O dövrün mürəkkəb siyasi-ideoloji şəraitində belə bir qərarın qəbul edilməsi böyük siyasi iradənin və milli təəssübkeşliyin təzahürü idi.

Ümummilli Lider xalqın gələcəyini müəyyən edən əsas amillərdən biri kimi hərbi sahənin inkişafına da xüsusi diqqət yetirirdi. Sovet dövründə azərbaycanlı gənclərin hərbi təhsil almasına və peşəkar zabit kimi yetişməsinə müxtəlif maneələr yaradılırdı. Belə bir şəraitdə Heydər Əliyev azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almalarına geniş imkanlar yaratdı. Həmin zabitlər sonralar müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılmasında və Birinci Qarabağ müharibəsində mühüm xidmətlər göstərdilər.

Moskvanın ciddi etirazlarına baxmayaraq, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması da Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu məktəbin yetirmələri müstəqillik illərində Azərbaycan Ordusunun peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadılar.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı ağır böhrandan xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, müasir Azərbaycan dövlətinin möhkəm təməlini yaratdı və davamlı inkişaf strategiyasını müəyyənləşdirdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirir. Məhz bu siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionun aparıcı dövləti kimi mövqeyini daha da möhkəmləndirib, iqtisadi, siyasi və hərbi gücünü davamlı şəkildə artırıb. Heydər Əliyev ideyaları yaşayır, onun müəyyən etdiyi inkişaf yolu isə Azərbaycan xalqını yeni uğurlara aparır. Buna görə də Ümummilli Liderin əziz xatirəsinə ehtiram xalqımızın qəlbində əbədi yaşayacaq.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!