03 Noyabr 2026 08:45
262
İQTİSADİYYAT
A- A+
Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur


Davam edən müharibələr üzündən üç ən önəmli ticarət marşrutu  iflic vəziyyətinə düşüb. Bu müharibələrin nə vaxt bitəcəyi isə məlum deyil. Rusiya-Ukrayna savaşı tezliklə sülhlə həll olunacağı deyilsə də, 5-ci ildir davam edir. Hörmüz və Bab-əl-Məndəd boğazlarında başlanan savaşın isə qarşıdakı dövrdə daha da şiddətlənəcəyi barədə məlumatlar yayılır.

Belə bir vəziyyətdə Orta dəhliz dünyanın yeganə ümid yerinə çevrilib.  Çünki indiki halda Orta dəhliz Asiya ilə Avropa arasında olan ticarətin davam etməsi üçün ən yaxşı etibarlı ticarət marşrutudur.

Bu dəhlizin səmərəli fəaliyyət göstərməsində açar ölkə kimi Azərbaycan vacib  rol oynayır. Azərbaycan həmçinin "Şimal-Cənub" marşrutunda yüklərin fasiləsiz daşınmasını təmin edə biləcək əsas ölkədir. Vaxtında apardığımız uğurlu logistika siyasəti region ölkələri tərəfindən də dəstəklənir. Çox sadə bir səbəbdən: təşəbbüslərimiz bütün tərəflərə fayda gətirir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında bu barədə demişdir: "Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta dəhlizi və "Şimal-Cənub" dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq".

Azərbaycan Orta dəhliz üzərindən daha çox yüklərin daşınması üçün Zəngəzur dəhlizinin (TRIPP) açılmasını zəruri hesab edir. 42 kilometrlik xəttin açılması ildə əlavə 15 milyon ton yükün daşınmasına imkan verəcək. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan sənəd isə Orta dəhlizin açılmasını qaçılmaz edir. 

Amma Orta dəhliz üzərindən ildə 30 milyon ton yük daşınması üçün xeyli iş görmək lazımdır. Bu isə təkcə Azərbaycandan asılı məsələ deyil, region ölkələri də bu işdə fəallıq göstərməlidir. Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini Elmir Poladov Bakıda keçirilən Avropa İttifaqı - Azərbaycan Biznes-Forumunda demişdir: "Orta dəhlizdə 3 əsas zəif halqa görürəm. Birincisi, Xəzər dənizində gəmi təminatı ilə bağlıdır. Dəniz keçidi hələ də ən böyük qeyri-müəyyənlik olaraq qalır. Hava şəraiti, bərə və Ro-Ro gəmilərinin tutumunun məhdud olması daşımaları çətinləşdirir. Bir çox gəmi hələ də sabit cədvəl üzrə deyil, yük tam dolduqdan sonra yola düşür. Əlverişsiz hava şəraiti isə hərəkəti günlərlə dayandıra bilər. Məsələn, ötən ilin dekabr və yanvar aylarında Aktau limanı 60 gün ərzində cəmi 10 gün, bəzi hallarda isə maksimum 15 gün fəaliyyət göstərib". 

E.Poladova görə, ikinci zəif halqa keçid məntəqələrində sıxlıqla bağlıdır: "Gəmi, dəmir yolu və yük maşını arasında hər bir təhvil-təslim prosesi, həmçinin hər bir sərhəd keçidi yüklərin dayanmasına səbəb ola bilər. Tələbatın pik dövrlərində məhdud dayanacaq, park və vaqon tutumu əlavə çətinliklər yaradır. Bundan başqa, Türkiyəyə gedən marşrutda 1 520 və 1 435 millimetrlik dəmir yolu sistemləri arasında ölçü fərqi mövcuddur. Digər problem yük axınlarının balanssızlığıdır. Dolu konteynerlər şərqdən qərbə daşınır, lakin boş konteynerlərin kimin hesabına yenidən şərqə qaytarılması açıq qalır. Bu, artıq ciddi problemə çevrilib. Məhz buna görə də Uzaq Şərqdən Azərbaycana və Avropaya gətirilən konteynerlərin əksəriyyəti birtərəfli daşımalar üçün istifadə olunur. Ekspeditorlar və ya daşıyıcılar bu konteynerləri vəsaitləri hesabına əldə edir, daha sonra isə onların kimə satılacağını və necə istifadə ediləcəyini müəyyənləşdirməyə çalışırlar. Çünki konteynerlər son təyinat məntəqəsinə çatdıqdan sonra artıq növbəti daşımalar üçün istifadə oluna bilmir".

Üçüncü məsələyə gəldikdə bu, ölkələr arasında inteqrasiya ilə əlaqədardır: "Burada təkcə infrastruktura deyil, eyni zamanda informasiyaya da diqqət yetirmək lazımdır. Hər ölkənin öz dəmir yolu operatoru, sənədləşmə prosedurları və tarifləri var. Nəticədə çox vaxt eyni xüsusiyyətlərə malik iki yük təyinat məntəqəsinə bir neçə gün fərqlə çatır və bunun səbəbi dəmir yolu daşımaları ilə bağlı deyil, sənədləşmə proseslərindən qaynaqlanır. Belə halda müştərilərimiz də yüklərinin başlanğıc nöqtəsindən son təyinat məntəqəsinədək harada olduğunu izləyə bilmirlər. Məsələn, konteyner Çində və ya Qazaxıstanda olduqda onu asanlıqla izləyə bilirik. Lakin onun Aktaudan nə vaxt yola düşəcəyini, Ələtə nə vaxt çatacağını, Ələtdən nə vaxt göndəriləcəyini, həmçinin Gürcüstana və ya Türkiyəyə nə vaxt çatacağını dəqiq proqnozlaşdıra və müştəriyə məlumat verə bilmirik".

E.Poladov onu da vurğulayıb ki, bu problemlər üzrə irəliləyiş var: "Məsələn, Xəzər dənizində Ro-Ro gəmiləri və bərələrlə yanaşı, artıq kiçik konteyner daşıyıcıları da fəaliyyət göstərir. Yeni, daha böyük gəmilər tikilir və onların gələn il istismara verilməsi gözlənilir. Quru marşrutunda isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb. Ələt limanı genişləndirilir, Azərbaycan isə milli "Bir pəncərə" sistemi qurur. İndi əsas vəzifəmiz bu təkmilləşdirmələri əlaqələndirməkdir ki, müştəri beş ayrı sistemlə deyil, vahid və inteqrasiya olunmuş dəhlizlə işləsin".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!