03 Noyabr 2026 08:55
249
İQTİSADİYYAT
A- A+
9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın 2026-cı ilin oktyabr sayını təqdim edib. İcmala əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollar olub.

Təkcə sentyabr ayında bu göstərici 50,2 faiz artaraq 372,8 milyon dollara çatıb. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2, qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artıb.

Hesabat dövründə ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatlar 41, qara metallardan hazırlanan məmulatlar 32,2, bitki və heyvan mənşəli piylər və yağlar 31,6, mis və ondan hazırlanan məmulatlar 21,7, pambıq 16,6, qəhvə və çay 13, yeməli meyvələr 12,5, tərəvəzlər 9,4, qara metallar isə 8,5 faizə qədər çoxalıb.

Yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5, aqrar-sənaye məhsulları üzrə 28,6 faiz artıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracından 19,6 faiz artım qeydə alınıb.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, mis filizləri və konsentratları ikinci, tomat isə üçüncü olub. Sentyabr ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında yenə də qızıl birinci, mis filizləri və konsentratları ikinci yerdə qərarlaşıb. Üçüncü isə mineral və ya kimyəvi azot gübrələri olub. 

9 ayda qeyri-monetar qızıl istisna olmaqla Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə və Ukraynaya ən çox qeyri-neft məhsulları ixrc edilib.

Hesabat dövrü üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Prime Cotton" MMC, "Baku Steel Company" QSC, "Tabaterra" MMC, "Prime Export" MMC, "Vvest Stream" MMC və "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC. İxrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edib. Daha sonra həmin siyahıda təmsil olunan şirkətlər bunlardır: "AzerGold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 19,6 milyon dollar dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misir qərarlaşıb. Onu da vurğulayaq ki, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.


R.MÜTƏLLİBOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!