03 Noyabr 2026 09:25
209
İQTİSADİYYAT
A- A+
Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir


Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su-Elektrik Stansiyası tikilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, "Azərenerji" tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su-elektrik stansiyası olacaq.

Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq "Eyvazlı" SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

"Eyvazlı" SES "Azərenerji" tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq "Qubadlı" yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da işğaldan azad edilmiş ərazilərdə "yaşıl hidroenerji" istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl enerji"nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

Makron vətəndaşların sosial tələblərinə qarşı xüsusi təyinatlıları çıxarır

08:05
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!