23 Noyabr 2026 19:15
70
DÜNYA
A- A+
BƏƏ-də qədim yırtıcı məməlilərin yeni növü aşkarlanıb  

BƏƏ-də qədim yırtıcı məməlilərin yeni növü aşkarlanıb  


Paleontoloqlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyində yerləşən Şuveihat adasında təxminən 7 milyon il əvvəl yaşamış, indiyədək məlum olmayan qədim yırtıcı məməli növünün qalıqlarını aşkar ediblər. Yeni növ “Promegaviverra abudhabiensis” adlandırılıb.

Kəşf Əbu-Dabi Təbiət Tarixi Muzeyinin mütəxəssisləri və Madridin Komplutense Universitetinin paleontoloqu Alberto Valensianonun birgə araşdırması nəticəsində edilib. Alimlərin məlumatına görə, çəkisi ən azı 20 kiloqram olan heyvan pişikkimilər dəstəsinə daxil olan viverralar fəsiləsinə aid olub. Bu, Ərəbistan yarımadasında aşkarlanan həmin fəsilənin ilk nümayəndəsidir.

Tədqiqatçılar çənə sümüyünün 3D modelini araşdıraraq heyvanın digər viverralarla qohumluq əlaqələrini müəyyənləşdiriblər. Araşdırma nəticəsində onun yeni cins və növ olduğu təsdiqlənib. Gələcəkdə qədim yırtıcının qalıqlarının və rekonstruksiya edilmiş təsvirinin muzey ekspozisiyasına daxil edilməsi gözlənilir. Alimlər 2027-ci ilin martında Şuveihat adasında yeni çöl tədqiqatlarına başlamağı planlaşdırırlar.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi artıb – QRAFİK

19:18
23 Noyabr

BƏƏ-də qədim yırtıcı məməlilərin yeni növü aşkarlanıb  

19:15
23 Noyabr

Fransada etiraz aksiyaları yenidən şiddətlənib

18:51
23 Noyabr

Marian çökəkliyinin ən dərin hissəsində vulkanizm izləri aşkarlanıb  

18:49
23 Noyabr

İnsanların ən sürətlə qocaldığı yaş dövrləri açıqlanıb

18:31
23 Noyabr

Ukraynanın Zaporojye şəhərinə hava zərbəsi endirib, 3 nəfər həlak edib

18:20
23 Noyabr

Azərbaycan və Rumıniya “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasını dəyərləndirib  

18:19
23 Noyabr

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:17
23 Noyabr

Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib  

18:16
23 Noyabr

Özbəkistanda qədim mağara məskənləri və qayaüstü rəsmlər aşkarlanıb  

18:13
23 Noyabr

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!