03 Noyabr 2026 08:25
289
CƏMİYYƏT
A- A+
Kükrəyən qəlblər, susan məzarlar

Kükrəyən qəlblər, susan məzarlar


Bura hərbi Memorial məzarlığıdır. Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında canından keçən oğullarımızın uyuduğu müqəddəs məkan...

Burada qəribə bir sükut hökm sürür. Bu sükutun içində nə qədər məna, nə qədər həsrət, nə qədər yarımçıq qalmış ömür, nə qədər deyilməmiş söz var.

Ölkənin müxtəlif bölgələrindən hər gün bura insanlar gəlir. Əllərində güllər, ürəklərində sözə çevrilməyən dərdlər... Burada üzbəüz durduğu məzardaşı ilə dərdləşən də var, ağı deyən də, ürəyindəki dərdi sözə çevirə bilməyib göz yaşı axıdan da.

Hər gün məzarların üstündəki güllər təzələnir. Amma elə həsrətlər var ki, illər keçsə də, acısını heç nə ilə ovutmaq olmur.

Burada nişanlısının məzarı üstünə gül qoyub nakam sevgisini ağlayanlar da var, qardaşının yoxluğuna alışa bilməyən bacılar da. Ömür-gün yoldaşını itirmiş gənc xanımlar da var, oğlunun yoxluğuna bir ömür inana bilməyən  valideynlər də.

Hər məzarın arxasında nakam bir tale, yarımçıq bir həyat, bir ailənin ümidi, bir vaxtlar xəyallarda qurulan xoşbəxt  gələcək var.

Bəlkə də müharibənin əsl mahiyyəti məhz burada, bu məzarların qarşısında daha aydın görünür. Müharibə təkcə itirilən torpaq, dağılan ev, atəş açan silah deyil. Müharibə həm də yaşanmamış gənclik, gerçəkləşməmiş arzu, nakam sevgi, övladının səsini bir daha eşidə bilməyən anaların qəlbində bitməyən ağrıdır...

Diqqət yetirin... Başdaşlarındakı fotoların gözləri sanki bir nöqtəyə dikilib, hamısı da ziyarətçilərə baxır.

Elə bil ki, səssizcə  deyirlər ki, biz sizə Vətənimizi əmanət etdik. Onu qoruyun! Uğrunda can verdiyimiz torpağın qədrini bilin! Arxamızda qoyduğumuz doğmalarımıza sahib çıxın! Ürəyi yaralı valideynlərimizi unutmayın!

Bu məzarlar bizə həm qəhrəmanlığın qiymətini, həm də sülhün dəyərini xatırladır. Bu gün ən böyük arzumuz odur ki, bir daha analar oğul dağı görməsin, sevgilər yarımçıq qalmasın,  heç bir ailənin qapısı qara xəbərlə döyülməsin. Göylərimizdə ölüm saçan raketlər deyil, sülhün rəmzi olan göyərçinlər uçsun.

Dövlətimizin başçısının davamlı sülhə yönəlmiş səylərinin arxasında da bir həqiqət dayanır: xalqların rifahı, gələcək nəsillərin təhlükəsizliyi, yeni faciələrin qarşısının alınması.

Çünki sülh zəiflik deyil, insan həyatına verilən dəyər, gələcəyə uzadılan əldir.

Bu məzarlıqlarda ömürlər susub. Onların bizə əmanət etdiyi amal isə yaşayır.

Qoy o amal yaşasın! Vətən yaşasın, insanlar yaşasın!

Bir daha heç bir ana övladını, bacı qardaşını, gənc xanım nakam sevgisini, gözüyaşlı körpə, yeniyetmə gənc atasını məzarlıqlarda axtarmasın!


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

Makron vətəndaşların sosial tələblərinə qarşı xüsusi təyinatlıları çıxarır

08:05
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!