16 Iyul 2024 13:15
125
DÜNYA
A- A+

Omanda məscidin ətrafında atışmada 4 nəfər qətlə yetirilib

 

Omanın paytaxtı Muskatda məscidin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin DİN-i məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Oman polisi Əl-Vadi Əl-Kəbir bölgəsindəki məscidin yaxınlığında baş verən atışmaya dərhal reaksiya verib və vəziyyəti sabitləşdirə bilib.

Regional münaqişələrdə mütəmadi olaraq vasitəçi rolunu oynayan Oman Sultanlığında silahlı insidentlər nadir hallarda baş verir. ABŞ-ın Muskatdakı səfirliyi atışmadan sonra təhlükəsizlik xəbərdarlığı barədə mesaj yayıb və çərşənbə axşamı bütün viza görüşlərini ləğv edib. Səfirlik “X” sosial media platformasında yazıb: “ABŞ vətəndaşları ayıq-sayıq olmalı, yerli xəbərləri izləməli və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməlidir”.

Atışma yerində çəkilən foto və videomateriallarda insanların İmam Əli məscidinin yaxınlığından qaçdığı, naməlum şəxslərin avtomat silahlardan atəş açdığı görünür.

Oman Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video