16 Iyul 2024 14:13
87
İQTİSADİYYAT
A- A+

Ölkənin taxıl sahələrinin 85 faizində biçin başa çatıb

 

Bu günədək ölkə üzrə taxıl zəmilərinin 85 faizində biçin prosesi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, arpa sahələrinin 95,8 faizində, buğda sahələrinin isə 77,2 faizində biçin tam yekunlaşıb.

Sahələrdən 2 milyon 691 min 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 milyon 492 min 746 tonu buğda, 1 milyon 198 min 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb.

Hazırda aktiv biçin dağlıq və dağətəyi ərazilərdə aparılır. Biçin prosesinə 925 kombayn cəlb olunub. Bunlardan 282-si “Aqroservis” ASC-nin, 643 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır.

İyunun 16-da aktiv biçin gedən bölgələrdən Cəlilabadda 164, Qobustanda 84, Qusarda 74, Şamaxıda 55, Füzulidə 54, Qubada 45 kombayn biçin prosesinə cəlb olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mexanizatorlar tərəfindən 60 min 148 hektar sahədə daha çox biçin həyata keçirilib.

Biçin prosesi davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video