09 Oktyabr 2026 09:50
167
Mədəniyyət
A- A+
Nardaran qalası

Nardaran qalası


Hər bir abidə yalnız müəyyən dövrün memarlıq irsini, tikinti mədəniyyətini yaşatmır. Eyni zamanda həmin vaxtlarda ömür sürmüş insanların dünyagörüşünü, həyat tərzini, məişətini, arzularını, məqsədini əks etdirir. Elə abidələr var ki, onlar həm də yerli əhalinin yurdunu qorumaq, təhlükəsizlik məsələlərinə verdiyi əhəmiyyətin nişanələridir. Azərbaycanın qədim memarlıq nümunələri olan qalalar bu mənada da diqqətəlayiqdir.

Abşeron yarımadasındakı yüzilliklərin şahidi olan qalalar keçmişimizdən bu günümüzə gəlib çatan daş salnamələrdir. Onların sırasında Nardaran qalası özünəməxsus yer tutur. Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən bu tarixi-memarlıq nümunəsi orta əsrin yadigarlarındandır. Qala yaşayış məskənlərinin və ətraf ərazinin müdafiəsi, müşahidə və təhlükə zamanı xəbərdarlıq məqsədlərinə xidmət edib.

Nardaran qalasının yaranmasını yalnız bir kənddə inşa edilmiş ayrıca istehkam kimi qiymətləndirmək düzgün deyil. Qala Abşeron yarımadasında mövcud olmuş geniş müdafiə tikililəri sisteminin mühüm elementlərindən biri olub.  Kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzində yerləşən silindrik qüllədən ibarət olan Nardaran qəsrinin tikintisində yerli daşlardan istifadə edilib. Qalanın memarlıq həllində sadəlik diqqəti çəkir. Bu xüsusiyyət Abşeronun Orta əsr müdafiə tikililəri üçün səciyyəvidir. 

Qalanın üzərində, qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə onun tarixini dəqiq müəyyənləşdirməyə imkan verib. Məlum olub ki, qala hicri təqvimi ilə 700-cü ildə (miladi 1300-1301) tikilib. Böyük olan birinci kitabədə bildirilib: "Rəhmli və bağışlayan Allahın adı ilə! Bu hərbi qülləni ... anası...öz şəxsi təmiz imkanları və pulları ilə Tanrının adını yaşatmaq və onun razılığına nail olmaq üçün inşa etməyi buyurdu. Tarix: 700-cü il, Ramazan ayının əvvəli". Kitabədə yazılanlardan bəlli olur ki, qala Bərəkət adlanan Xuraman ana tərəfindən dəniz kənarında tikilib. Diqqətə çatdıraq ki, bu gün qala dəniz sahilindən xeyli uzaq məsafədədir.

Memarının Mahmud ibn Səd (yaxud Mahmud ibn Səid) olduğu da abidədə əksini tapıb. Belə ki, Nardaran qalasının birinci kitabəsindən bir qədər yuxarıda, şərq tərəfdə yerləşən kiçik ölçülü ikinci kitabədə bunun Səd oğlu Mahmudun işi olduğu qeyd edilib. 

Nardaran qalası onun yeganə dəyərli işi olmayıb. Ustad memarın fəaliyyətinin izlərini müxtəlif tarixi tikililərdə görmək mümkündür. İçərişəhərdə yerləşən Molla Əhməd məscidini XIV əsrin əvvəllərində Nəsrəddin Quştası ibn Həsən Hacıbabanın sifarişi ilə Mahmud ibn Səd inşa edib. Bakı Buxtasındakı Bibiheybət məscidi də bu memar tərəfindən tikilib. Həmin abidələrin hər biri Mahmud ibn Sədin  memarlıq məharətini, istedadını, mükəmməl bədii təsəvvürə malik olmasını nümayiş etdirir.

Tikili dairəvi qüllədən və dördguşəli qala divarlarından ibarətdir. Məlumata əsasən, qüllənin salamat qalmış hündürlüyü 12 metr, divarları isə müxtəlif hündürlükdədir. Şimal tərəfdən 8 metr, cənub-qərb tərəfdən isə 5 metr olan qüllə arakəsicilərlə üç yarusa bölünüb. Yaruslar daş qatlarla örtülüb, birincisi digərlərindən xeyli yüksəkdir. Divarlarının qalınlığı 1,56-1,85 metrə qədər olan qalanın birinci qatında dərin quyu mövcuddur. Yerli sakinlər burada yeraltı lağım olduğunu söyləyiblər.

Nardaran qalasının ikinci qatında, divarın içərisində üçüncü qata doğru daş pillələr var. Qalanın üçüncü qatı bu günümüzədək qalmayıb. Tikilinin bir zamanlar dördüncü qatının da olduğu divarın içərisindəki daş pillələrin izlərinə əsaslanaraq bildirilib.

Bu dəyərli tarixi abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

"Xəzər sahili mühafizə konstruksiyaları" daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin şəhərsalma və memarlıq irsinə diqqətin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın zəngin şəhərsalma ənənələrinin, tarixi-memarlıq abidələrinin, milli memarlıq məktəbinin öyrənilməsi və təbliği üçün də geniş imkanlar yaradır.

O da həqiqətdir ki, tarixi abidələrin dəyəri yalnız onların yaşı ilə ölçülmür. Belə tikililər həm də yerləşdikləri ərazinin tarixini anlamağa kömək edir. Nardaran qalası vasitəsilə də Abşeronun Orta əsrlərdəki yaşayış məskənləri, müdafiə ehtiyacları və memarlıq xüsusiyyətləri haqqında təsəvvür əldə etmək mümkündür. 

Memarlıq zamanın yaddaşıdır. Nardaran qalası həmin yaddaşın Abşeron torpağında əsrlərdir qorunan ən qiymətli səhifələrindən biridir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

10:40
09 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir  

10:39
09 Oktyabr

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi  

10:36
09 Oktyabr

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!