13 Dekabr 2025 08:35
350
SİYASƏT
A- A+
Müasir Azərbaycan dövlətçiliyinin memarı

Müasir Azərbaycan dövlətçiliyinin memarı


Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük dövlət xadimlərindən biri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin Anım Günü xalqımız üçün dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd olunur. Onun zəngin siyasi irsi, uzaqgörən dövlətçilik fəlsəfəsi və misilsiz xidmətləri Azərbaycan tarixində silinməz iz qoymuş, milli istiqlal ideyasının əbədiyyətə qovuşmasına zəmin yaratmışdır.

Heydər Əliyev şəxsiyyəti yalnız bir siyasi lider obrazı deyil, bütövlükdə bir xalqın taleyinə istiqamət verən, tarixin axarını dəyişən fenomen kimi qiymətləndirilir. O, XX əsrin mürəkkəb və ziddiyyətli geosiyasi prosesləri fonunda Azərbaycanı qorumağı, möhkəmləndirməyi və dünyaya tanıtmağı bacaran nadir şəxsiyyətlərdən biri olmuşdur.

Ulu Öndər Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Onun dövlət idarəçiliyinə yüksəlişi asan olmamış, gərgin zəhmət, prinsipiallıq və böyük iradə sayəsində gerçəkləşmişdi. O, təhlükəsizlik orqanlarında başladığı fəaliyyət yolunu respublika rəhbərliyinə, daha sonra isə SSRİ rəhbərliyinin ən yüksək pillələrinə qədər davam etdirmişdir.

1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev respublikanın sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yaratmışdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və elmi sahələrdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdu. Milli kadrların formalaşdırılması, Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılmış addımlar gələcək müstəqillik yolunun əsasını təşkil etmişdi.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə anarxiya, siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət nəticəsində torpaqlarımızın bir hissəsi zəbt edilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Belə bir ağır vaxtda xalq çıxış yolunu Ulu Öndər Heydər Əliyevin simasında gördü. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dağılmaqdan xilas etdi, tez bir zamanda sabitliyi və ictimai asayişi təmin etdi, nizami ordu quruculuğuna başladı və dövlətçilik institutları yaratdı.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan dünya enerji bazarına çıxış əldə etdi, ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Bu həm iqtisadi dirçəlişin, həm də siyasi müstəqilliyin möhkəmlənməsində mühüm rol oynadı. Ulu Öndərin əsas məqsədi Azərbaycanın uzunmüddətli müstəqilliyini təmin edən güclü, dayanıqlı dövlət qurmaq idi.

Ulu Öndər Heydər Əliyevin əsas xidmətlərindən biri də azərbaycançılıq ideologiyasının sistemli şəkildə formalaşdırılmasıdır. O, azərbaycanlı kimliyini milli birliyə çevirməyi bacardı. Onun üçün dövlətin ali dəyəri insan, xalq və onun gələcəyi idi. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli irsin qorunması, dil və mədəniyyətin inkişafı onun siyasi kursunun əsas dayaqlarından birinə çevrildi.

Bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq arenada nüfuz qazanması, öz sözünü qətiyyətlə deməsi, regional güc mərkəzinə çevrilməsi Ulu Öndər tərəfindən müəyyən edilən strateji yol xəritəsinin nəticəsidir.

Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənmişdir. Buna görədir ki, ölkəmiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu zəfər, əslində, Ulu Öndər  Heydər Əliyevin illər öncə qoyduğu güclü dövlətçilik təməlinin, güclü ordu və milli ruh strategiyasının məntiqi nəticəsi oldu.

Ulu Öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə dünyasını dəyişsə də, onun ideyaları, əməlləri və qurduğu dövlətçilik fəlsəfəsi bu gün yaşayır və gələcək nəsillərə ötürülür. Ümummilli Liderin adı Azərbaycan tarixinin ən parlaq səhifəsinə həkk olunub.

Ulu Öndər Heydər Əliyev əbədiyaşar lider, müasir Azərbaycanın memarıdır. Azərbaycan xalqı üçün Ulu Öndər yalnız bir dövlət başçısı deyil, bir xilaskar, bələdçi, ümid simvolu olub. Onun xatirəsi daim ehtiramla anılır, yolu və ideyaları gələcək nəsillər üçün örnək olaraq qalır.


Nicat İSMAYILOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

"Qələbə sadəcə, inamdır"

08:35
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!