10 Yanvar 2026 08:10
527
SİYASƏT
A- A+
Azərbaycan öz maraqlarını qorumaqda qətiyyətlidir

Azərbaycan öz maraqlarını qorumaqda qətiyyətlidir


Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə 2025-ci ildə görülən işlərə hesabat xarakteri daşımırdı. Bu çıxış həm də dövlət başçısının cəmiyyətlə açıq dialoqa, şəffaf idarəetməyə və milli maraqlara söykənən siyasi xəttinə verilən növbəti aydın mesajı idi. Prezident İlham Əliyevin media ilə mütəmadi təması, görülən işlər barədə birbaşa ictimaiyyətə açıqlamalar verməsi artıq Azərbaycanda formalaşmış siyasi ünsiyyət mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Bu ənənənin əsas mahiyyəti dövlət başçısının xalqla hesablaşması və görülən işlərin məsuliyyətini üzərinə götürməsidir. Məhz bu amil cənab İlham Əliyevi güclü lider kimi fərqləndirən başlıca xüsusiyyətdir. Müasir dünyada güclü siyasi liderlik təkcə qərar qəbul etmək bacarığı ilə deyil, həm də cəmiyyətin etimadını qazanmaq və onu qorumaqla ölçülür.

Müsahibədə Prezident 2025-ci ilin sosial-iqtisadi yekunlarını dəyərləndirərək vurğuladı ki, aparılan islahatlar ardıcıl və sistemli xarakter daşıyır. Sosial rifahın yüksəldilməsi, regionların inkişafı, infrastruktur layihələrin davam etdirilməsi və postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətləridir. Bu yanaşma göstərir ki, Azərbaycan dövləti qısamüddətli populist addımlardan deyil, uzunmüddətli strateji planlamadan çıxış edir. Müsahibədə xüsusilə diqqətçəkən məqamlardan biri də xarici siyasət məsələlərinə geniş yer ayrılması oldu. Prezident İlham Əliyev Azərbaycanın müstəqil, balanslı və milli maraqlara əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini bir daha bəyan etdi. Regional və qlobal proseslər fonunda ölkəmizin prinsipial mövqeyi, beynəlxalq hüquqa söykənən yanaşması və etibarlı tərəfdaş kimi artan nüfuzu xüsusi vurğulandı.

Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlət başçısı bu məhdudiyyətin də aradan qaldırıldığını bildirərək demişdir: "Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında birnömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı".

Dövlətimizin xarici siyasətdə qazandığı nailiyyətlərdən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına qəbul olunmasını xarici siyasətimizin uğuru kimi dəyərləndirmişdir: "...biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur".

Xarici siyasətdə qazanılan uğurlar ilk növbədə Azərbaycanın sözünün keçərli olması ilə ölçülür. Bu gün Azərbaycan regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri baxımından mühüm aktora çevrilib. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan beynəlxalq layihələr yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə xidmət edir. Prezident müsahibəsində bu məqamların açıq və əsaslandırılmış şəkildə izah olunmasını, Azərbaycan diplomatiyasının hansı prinsiplər üzərində qurulduğunu aydın şəkildə ortaya qoydu.

Dövlətimizin diplomatik uğurlarından bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir: "Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır".

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında əsas diqqətçəkən mühüm cəhətlərdən biri də milli maraqlardan heç bir halda geri çəkilməmək prinsipinin qətiyyətlə ifadə olunması idi. Bu həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün aydın mesajdır: Azərbaycan öz suverenliyini, müstəqilliyini və strateji maraqlarını qorumaqda qətiyyətlidir.

Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirərək "Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur" deyən dövlət başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik: "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir".

Nəticə etibarilə yanvarın 5-də verilən bu müsahibə Prezident-xalq ünsiyyətinin növbəti nümunəsi olmaqla yanaşı, Azərbaycan dövlətinin gücünü, siyasi sabitliyini və uğurlu inkişaf modelini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında real nəticələr, milli maraqlara sədaqət və xalqın etimadı dayanır. Məhz bu vəhdət Azərbaycanın bu gününü sabit, sabahını isə daha güclü edir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

16:24
20 Yanvar

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:23
20 Yanvar

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!