09 Yanvar 2026 18:09
468
SİYASƏT
A- A+
Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  


Enerji məsələsi bu gün dünya gündəmindəki ən vacib mövzulardan biridir və bunun beynəlxalq hüquq və mexanizmlərlə tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç bildirib.

O qeyd edib ki, XIX əsrdən etibarən sənayeləşmə prosesinin gətirdiyi karbon emissiyaları dünyanın ekoloji tarazlığını ciddi şəkildə pozub və bu gün havanın çirklənməsi, iqlim dəyişiklikləri bütün insanlıq üçün təhlükə təşkil edir. Xüsusilə Qərb ölkələrinin və ABŞ-ın bu prosesdə böyük rolu var.

Politoloqun sözlərinə görə, bu gün həm Azərbaycan, həm də Türkiyə iqlim dəyişikliyi və bərpaolunan enerji sahəsində qabaqcıl rol oynayır. Bu ölkələr Günəş və külək enerjisi baxımından zəngin resurslara malikdir və həmin potensialı səmərəli şəkildə istifadə edərək, konvensional sənaye istehsalını bərpaolunan enerji mənbələrinə çevirməkdədirlər. Bu, yalnız enerji sektorunda deyil, həm də iqtisadi və geosiyasi mövqelərin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, Azərbaycanın və Türkiyənin coğrafi mövqeyi enerji, nəqliyyat dəhlizləri baxımından əvəzolunmazdır. “Azərbaycan Xəzər regionundan Avrasiyaya, Türkiyə isə Qafqazdan Orta Asiyaya, Balkanlara və Avropaya uzanan strateji əhəmiyyətli tranzit xətlərinə nəzarət edir. Bu dəhlizlər həm enerji təhlükəsizliyini təmin edir, həm də regional sabitliyin qorunmasına töhfə verir. Azərbaycan uzun müddət rasional iqtisadi siyasət yürüdərək enerji resurslarına tam etibar etmədən sektorlarını diversifikasiya edib və bərpaolunan enerji sahəsini prioritetləşdirib. Bu, ölkənin həm iqtisadi, həm də siyasi və strateji mövqeyini gücləndirib. Belə yanaşma Azərbaycanın və Türkiyənin regional imkanlarını artırır, həmçinin onları yalnız enerji resurslarına görə hədəf seçilə biləcək ölkələr sırasından çıxarır”.

Hüsamettin İnanç bildirib ki, Azərbaycanın və Türkiyənin bərpaolunan və yaşıl enerji sahəsində qabaqcıl rolu, iqlim dəyişikliyinə cavab olaraq atdıqları addımlar həm regionda sabitliyin qorunması, həm də strateji mövqelərinin gücləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!