30 İyun 2026 18:02
584
Elm və texnika
A- A+
Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  


Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika ixtisasının tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” başa çatıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın inzibati binasında bank əməkdaşlarının, ADU rəhbərliyi və tələbələrin, eləcə də tanınmış media nümayəndələrinin iştirakı ilə bağlanış mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədr müavini Əli Əhmədov müasir dövrdə kommunikasiyanın ictimaiyyətin düzgün məlumatlandırılması və institusional etimadın möhkəmləndirilməsi istiqamətindəki mühüm rolundan danışıb. O, bu proqramın Mərkəzi Bank tərəfindən şəffaflığın artırılması və açıq kommunikasiya mühitinin formalaşdırılması üzrə həyata keçirilən təşəbbüslərdən biri olduğunu vurğulayıb.

Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin Kommunikasiya şöbəsinin rəisi Ülkər Həsənova sözügedən proqram vasitəsilə mürəkkəb iqtisadi proseslərlə cəmiyyət arasında körpü rolunu oynayacaq peşəkar və ixtisaslaşmış media nümayəndələrinin yetişdirilməsinə töhfə verildiyini bildirib.

ADU-nun rektorunun müşaviri Anar Osmanlı və Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı proqramın tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edərək bu təşəbbüsə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə qonaq spiker qismində çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov tələbələri iqtisadi jurnalistika sahəsində ixtisaslaşmağa səsləyərək öz tövsiyələrini bölüşüblər.

Proqramın məzunu olan tələbələr də öz növbələrində təlimlərlə bağlı təəssüratlarını və yaddaqalan məqamları bölüşüblər. Bağlanış mərasimində proqramı uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Qeyd edək ki, cari ilin aprel-may ayları ərzində Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilən təlim sessiyaları çərçivəsində mərkəzi bankçılıq və maliyyə gündəminin əsas mövzuları tələbələrə sadə və anlaşılan formada təqdim olunub. 8 əsas istiqaməti əhatə edən sessiyalar zamanı gənc jurnalistlərə iqtisadi xəbərlərin hazırlanması ilə bağlı praktik tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!