23 İyul 2026 10:52
1721
Elm və texnika
A- A+
Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib

Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib

AMEA Arxeologiya və Antropologiya İnstitutun Antik dövr və Alban arxeologiyası şöbəsinin “Qafqaz Albaniyası maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində arxeoloji tədqiqat aparıb. Bu, Kilsədağ məbədlər kompleksi ətrafında 2022-ci ildən etibarən aparılan çöl tədqiqatlarının artıq beşinci mövsümüdür. Bu mövsümdə də arxeoloji tədqiqatlar mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində davam etdirilib.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan bildirilib.

Tədqiqat tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında aparılıb. 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilib. 2026-cı ildə müəyyən olunub ki, kompleks ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan çoxdur. Dairəvi məbəd kompleksinin şərq hissəsini əhatə edən qala divarları və ona paralel olan 3 bürc yeri K və L kvadratlarında aşkara çıxarılıb.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, qəbir kameralarının 2022-ci ildə başlayaraq aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan dini və ictimai bina qalıqlarının bünövrə yerlərinin alt qatında təsadüf etməsi mühüm faktlardan biri olaraq qalır. Bu qəbir tiplərindən götürülmüş antropoloji nümunələr üzərində gələcəkdə aparılacaq radiokarbon analizlər qala divarları və bürc yerlərinin tarixi xronologiyası haqqında ətraflı məlumatı üzə çıxaracaq.

Kilsədağda aparılmış çöl tədqiqatları nəticəsində müəyyən edilib ki, qala divarları və bürc yerləri təkcə dairəvi məbəd kompleksi ilə məhdudlaşmayıb. SSRİ dövründə Əmilidağ ərazisində 100 hektarlarla sahəni əhatə edən Qəbələ (RLS) radiolokasiya stansiyasının inşası zamanı abidənin yerləşdiyi ərazi ciddi şəkildə dağıdılıb.

Qəbələ rayonunun Əmili kəndində yerləşən, lakin yazılı mənbələrdə hələlik adına rast gəlinməyən, 2022-ci ildə tədqiqatına yenidən başlanılmış Kilsədağ məbədlər kompleksi və onu əhatələyən Akropol ətrafında aparılacaq stasionar tədqiqatlar daha bir qədim Albaniya şəhər yerini üzə çıxaracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!